Azərbaycan, Bakı, 25 mart /Trend/
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan "Eşqin sonsuz nəğməsi" adlı qısametrajlı bədii filmin çəkilişləri başa çatıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, nağılvari yeni il əhvalatı fonunda iki gəncin həyat hekayəsindən bəhs edən filmin rejissoru Emin Əfəndiyevdir.
"Motivlər-2" kinoalmanaxı çərçivəsində istehsal olunan filmdə İlahə Həsənova, Qorqud Cəfərli və əməkdar artist Şamil Süleymanlı kimi aktyorlar rol alıblar.
Qeyd edək ki, "Motivlər-2" kinoalmanaxının ilk filmi olan "Qara bağ" qısametrajlı bədii filminin istehsalı atıq başa çatıb.