...

Uzun zamandır gözlənilən "Sevastopol uğrunda döyüş" filmi ekranlarda

Mədəniyyət Materials 3 Aprel 2015 15:36 (UTC +04:00)
Park Cinema | Flame Towers-da “Sevastopol uğrunda döyüş” adlı bu yazın ən gözlənilən filmlərdən birinin mətbuat üçün nümayişi keçirildi.
Uzun zamandır gözlənilən "Sevastopol uğrunda döyüş" filmi ekranlarda

1. Tarixin gedişini dəyişən qadın: Uzun zamandır gözlənilən "Sevastopol uğrunda döyüş" filmi ekranlarda!

2. O, 300-dən artıq fasiştlər öldürüb... "Sevastopol uğrunda döyüş" artıq ekranlarda!

Park Cinema | Flame Towers-da "Sevastopol uğrunda döyüş" adlı bu yazın ən gözlənilən filmlərdən birinin mətbuat üçün nümayişi keçirildi. Rus-Ukrayna layihəsi əfsanəvi snayper qadın Lyudmila Pavliçenkonun gerçək hekayəsi haqqındadır. Bu kövrək qadının taleyini müharibə tamamilə dəyişdi. Sovet əsgərləri onun adı ilə döyüşə gedirdi, düşmənlər isə onu tapmağa çalışırdı. Döyüş meydanında o, ölüm və zülm görürdü, lakin onun üçün ən ağır sınaq sevgi oldu. O, yaxınlarını və dostlarını itirdi, ABŞ-ın birinci xanımı - Eleonora Ruzveltlə tanış oldu. Onun Amerikadakı çıxışı İkinci dünya müharibəsinin gedişinə təsir etdi. O, bütün döyüşlərdə əsgər, diplomat və qadın kimi qalib gəldi.

Filmin hadisələri müharibənin ən dəhşətli dövrlərindən biri - Sevastopol uğrunda döyüş zamanı baş verir. Müdafiə 250 gün çəkdi, lakin şəhər təslim edildi.

"Sevastopol uğrunda döyüş" dramatik səhnələrlə uyğunlaşan mükəmməl tərzdə çəkilmiş döyüş və kamera səhnələriylə zəngindir. Tamaşaçı özünü nəyinki filmin hadisələrində, hətta personajların qəlbində belə hiss edir. Yuliya Perisildin (Lyudmila) möhtəşəm aktyor oyunu, mükəmməl film istehsalı, təsiredici operator işi, qəlblərə toxunan Polina Qaqarinanın ifa etdiyi "Кукушка", Okean Elzanın "Обıйми" adlı mahnıları, və bütün insani hisslərə toxunan inanılmaz möhkəm ruhlu qadın haqqında süjet Sizi laqeyd qoymayacaq...

Mətbuat üçün nümayiş 20-ci əsr Foks MDB kinokompaniyası və "Film Distribution International" tərəfindən təşkil olunub.

"Sevastopol uğrunda döyüş" 2 aprel tarixindən Park Cinema-da!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti