...

Bərpa olunan muzey əşyaları (FOTO)

Mədəniyyət Materials 6 Aprel 2015 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Son aylar ərzində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Əzim Əzimzadənin və Üzeyir Hacıbəylinin ev-muzeyləri ilə yanaşı, Şəki, Lənkəran, Lerik, Beyləqan, Astara, Şirvan, Ucar, Masallı və digər bölgələrin tarix-diyarşünasıq və ev-muzeylərinin toplularından da xalça, xalça məmulatı, qrafika, rəngkarlıq, tikmə, parça, kağız və s. 500-ə yaxın muzey əşyası bərpa və konservasiya olunub və olunur.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda Ə.Əzimzadənin ev-muzeyi və Masallı tarix-diyarşünaslıq muzeyinin yeni binada ekspozisiyalarının açılışı ilə əlaqədar bu muzeylərə məxsus əşyalar üzərində bərpa və konservasiya işləri aparılır. Eyni zamanda, əşyalarının bərpa və konservasiyası olunması məqsədilə mərkəzə Ağsu və Yevlax tarix-diyarşünaslıq muzeylərindən ilk dəfə olaraq müraciət edilib və Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə bu muzeylərə məxsus 200-ə yaxın əşya bərpa üçün Mərkəzə gətirilib.

1 aprel 2015-ci il tarixdə Mərkəzdə növbəti dəfə Elmi Bərpa Şurasının iclası keçirilib. İclas zamanı Mərkəzə Astara, Yevlax, Ağsu, Masallı tarix-diyarşünaslıq muzeylərindən, eləcə də Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Sabit Rəhmanın ev-muzeyi, Ə.Əzimzadənin ev-muzeyindən bərpa və konservasiya üçün daxil olmuş əşyaların bir qisminə baxış keçirilib və bərpa üsulları müzakirə edilib. Eyni zamanda, Ü.Hacıbəylinin ev-muzeyinə məxsus 15 ədəd sənədin bərpadan sonrakı vəziyyəti müzakirə edilərək bərpa səviyyəsi yüksək qiymətləndirilib.

Qeyd edək ki, Lənkəran tarix-diyarşünaslıq muzeyinin təmirdən sonra yeni ekspozisiyasının açılması ilə əlaqədar Mərkəzin bərpaçıları gərgin iş fəaliyyəti nəticəsində tez bir zamanda bu muzeyə məxsus 100-dən çox muzey əşyasını müvəffəqiyyətlə bərpa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti