...

Bu gecə “Eurovision-2015” mahnı müsabiqəsinin finalıdır

Mədəniyyət Materials 23 May 2015 15:54 (UTC +04:00)
Bu gecə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Eurovision-2015” mahnı müsabiqəsinin final şousu keçiriləcək.
Bu gecə “Eurovision-2015” mahnı müsabiqəsinin finalıdır

Azərbaycan, Bakı, 23 may /Trend/

Bu gecə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən "Eurovision-2015" mahnı müsabiqəsinin final şousu keçiriləcək.

Trend xəbər verir ki, müsabiqənin final şousu 45 ölkədə yayımlanacaq.

Yarışmanın final mərhələsi mayın 24-nə keçən gecə keçiriləcək.

Müsabiqədə Azərbaycan təmsilçisi Elnur Hüseynov "Hour of the Wolf" mahnısını uğurla ifa edərək finala keçib.

Avropanın ən populyar mahnısını müəyyənləşdirən "Eurovision -2015" mahnı müsabiqəsinin finalı Bakı vaxtı ilə saat 00:00-da "Wiener Stadthalle" arenasında başlayacaq.

Birinci yarımfinalda Rusiya, Albaniya, Serbiya, Rumıniya, Belarus, Yunanıstan, Estoniya, Macarıstan, Gürcüstan və Ermənistan finala vəsiqə qazanıb.

Qeyd edək ki, Avstriya, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Avstraliya və İspaniya finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti