...

Rusiyanın “Todes” baletinin Bakı konserti (FOTO)

Mədəniyyət Materials 23 İyun 2015 11:33 (UTC +04:00)
Rusiyanın “Todes” baleti Bakıda “Diqqət” adlı proqramı təqdim etdi.
Rusiyanın “Todes” baletinin Bakı konserti (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Rusiyanın "Todes" baleti Bakıda "Diqqət" adlı proqramı təqdim etdi.

Bakıda keçirilən I Avropa Oyunları ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin yerli sakinlər və ölkəmizə gələn turistlər üçün təşkil etdiyi maraqlı konsert proqramları davam edir.

Trend-in məlumatına görə, iyunun 22-də Heydər Əliyev Sarayında Rusiyanın tanınmış "Todes" rəqs kollektivi "Attention" ("Diqqət") adlı şou balet konsertini təqdim edib. Maraqlı səs və rəng effektləri ilə müşayiət edilən, fərdi və kollektiv halda nümayiş olunan rəqsləri tamaşaçılar böyük maraqla izləyiblər. "Todes" rəqs teatrının çıxışları tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Qeyd edək ki, 1986-cı ildə xoreoqraf Alla Duxovanın bədii rəhbərliyi ilə yaradılan kollektiv hazırda balet, brek-dans, hip-hop və caz kimi müxtəlif xoreoqrafiya üslublarının sintezindən ibarət 60-dan çox rəqqasın yer aldığı bir qrupdur.

"Todes" təkcə MDB-də deyil, həmçinin Avropa və dünyanın müxtəlif ölkələrində ən yaxşı rəqs kollektivlərindən biri kimi məşhurdur. Bu qeyri-adi rəqs kollektivini "Rəqs imperiyası" da adlandırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti