...

Valeri Meladze yubileyini qeyd edir - Müğənnini şəxsən təbrik et!

Mədəniyyət Materials 23 İyun 2015 15:56 (UTC +04:00)
Bu gün tanınmış müğənni Valeri Meladze ad gününü qeyd edir. O, 50 yaşını bütün il ərzində qeyd edəcək.
Valeri Meladze yubileyini qeyd edir - Müğənnini şəxsən təbrik et!

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Bu gün tanınmış müğənni Valeri Meladze ad gününü qeyd edir. O, 50 yaşını bütün il ərzində qeyd edəcək.

Trend-in məlumatına görə, yeni proqramı olan turne bir çox ölkənin tamaşaçı auditoriyasını əhatə edəcək. Bu ölkələr sırasında Azərbaycan da var.

V.Meladze noyabrın 19-da yubileyinə həsr olunmuş "Polsta" adlı solo proqramı ilə Heydər Əliyev Sarayında çıxış edəcək.

Qiyməti 30-129 manat arasında dəyişən biletlər artıq şəhərin bütün mərkəzləşdirilmiş kassalarında satılır.

Konsertin başlanma tarixi: 19 noyabr, saat 20:00

Məlumat telefonu: +994 598 17 72/73/74

Konsertin informasiya dəstəyi: Day.Az, Trend.Az, Milli.Az

Konsertin təşkilatçısı "TriDa" prodüser şirkəti bütün kassalarda və "Cafecity" restoranlar şəbəkəsində xüsusi qutular yerləşdirib. Bu qutulara təbrik məktublarını atmaq olacaq. Məktublar səbəbkara veriləcək və o, Bakıdakı konserti zamanı bu təbrikləri oxuyacaq.

Rusiyanın əməkdar artisti V.Meladze ad gününü hələlik Moskvada qeyd edir. Əməkdar artist Birinci kanala verdiyi müsahibəsində artıq pərəstişkarlarından təbrikləri qəbul edib. O bildirib ki, valideynləri ona bu adı kosmonavt Valeri Bıkovskinin şərəfinə veriblər.

V.Meladzenin sözlərinə görə, uşaq vaxtı nadinc olub və onun bu davranışı valideynlərini çox narahat edirmiş: "Həmişə yeni bir şey öyrənmək istəyirdim".

Valerinin uşaqlıq dövründə aldığı ən yaxşı hədiyyə yüksək səslə atəş açan oyuncaq avtomat olub. Müğənni etiraf edib ki, həmişə it sahibi olmağı arzulayıb. Valideynləri müğənninin bu arzusunu indiyədək ürəyində qoyublar. Ancaq konsertlərin birində əməkdar artistə taksa hədiyyə edilib.

V.Meladze məktəbdən sonra telefon stansiyasında işləməyindən danışıb: "Həmişə telefonçulara həsəd aparmışam. O vaxtdan indiyə kimi telefon ustalarının işlətdiyi dəstək həyəcanıma səbəb olur".

Müğənni həyatda onun üçün ən dəyərli şeyin arzulamaq qabiliyyəti olduğunu deyib: "Hər səhər o xoş fikirlə oyanırsan ki, arzulamağa nəsə var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti