Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda "Onun atası" adlanan yeni bədii filmin çəkilişlərinə başlanılıb.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, "Onun atası" adlı qısametrajlı bədii film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilir.
Psixoloji dram janrında olan yeni ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırırlar.