...

Bakıda "Gülməli kürəciklər"dən hər bir uşağa hədiyyə

Mədəniyyət Materials 5 Sentyabr 2015 13:47 (UTC +04:00)
Bakıda ilk dəfə olaraq noyabrın 14-15-də Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində payız tətillərinin ən çox gözlənilən premyerası – “Gülməli kürəciklər” ("Смешарики”) adlı lisenziyalı tamaşa göstəriləcək.
Bakıda "Gülməli kürəciklər"dən hər bir uşağa hədiyyə

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Bakıda ilk dəfə olaraq noyabrın 14-15-də Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində payız tətillərinin ən çox gözlənilən premyerası - "Gülməli kürəciklər" ("Смешарики") adlı lisenziyalı tamaşa göstəriləcək.

Trend-in məlumatına görə, sevimli personajlar bu cizgi filminin aktyorları tərəfindən səsləndirilir, hər bir uşaq isə hədiyyə olaraq kürəcik alacaq.

Rusiyanın "Gülməli kürəciklər" cizgi filmi ümumi auditoriya üçün nəzərdə tutulub. Serial gülməli kürəciklərin macəralarından bəhs edir. Qeyri-adi şarabənzər canlılar Böyük Dünyadan dəniz vasitəsilə ayrılmış "Gülməli kürəciklər" ölkəsində yaşayırlar. Onlar böyük dost kollektiv şəklində yaşayır, müxtəlif gündəlik işlərlə məşğul olur, bəzən qeyri-adi, nadir hallarda isə təhlükəli vəziyyətə düşür və onlardan orijinal yolla çıxırlar.

Biletləri şəhərin bütün kassalarından əldə etmək olar. Biletin qiyməti 6-16 manat arasında dəyişir. Kollektiv sifarişlər üçün telefon nömrəsi: (050) 9910050.

İnformasiya dəstəyi - TREND, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti