...

Heydər Əliyev Sarayında böyük bayram konserti keçiriləcək

Mədəniyyət Materials 12 Oktyabr 2015 14:26 (UTC +04:00)
Oktyabrın 21-də Heydər Əliyev Sarayında 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş böyük bayram konserti keçiriləcək.
Heydər Əliyev Sarayında böyük bayram konserti keçiriləcək

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Oktyabrın 21-də Heydər Əliyev Sarayında 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş böyük bayram konserti keçiriləcək.

Trend-in məlumatına görə, "Sevilən mahnılar axşamı" adlı konsertdə xalq artisti Bilal Əliyev, əməkdar artist Səlim Abbasov (skripka), tanınmış, gənc və istedadlı müğənnilər Arzu Əliyeva, Gülay Qədirova, Yaşar Cəlilov, Bahar Lətifqızı, Güllü Muradova, Nicat Cəfərzadə, Aşıq Zülfiyyə, Məmməd Nəcəfov və başqaları iştirak edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletləri 5-15 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

Əlaqə telefonları (012) 441-21-31, 598-17-72/73/74

Konsertin informasiya dəstəyi Trend.az, Day.az və Milli.az-a məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti