...

Səyavuş Aslanın 80 illik yubileyi keçiriləcək

Mədəniyyət Materials 20 Noyabr 2015 21:27 (UTC +04:00)
Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın 80 illik yubiley gecəsi keçiriləcək.
Səyavuş Aslanın 80 illik yubileyi keçiriləcək

Bakı. Trend:

Noyabrın 25-də saat 19:00-da Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın 80 illik yubiley gecəsi keçiriləcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı baş tutacaq.

Tədbirdə Akademik Milli Dram Teatrının baş rejissoru-bədii rəhbəri Azərpaşa Nemət, xalq artistləri Hacı İsmayılov, Bəsti Cəfərova, kinoşünas, əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə S. Aslanın kino və teatr fəaliyyətindən danışacaq, xatirələrini bölüşəcəklər.

Yubiley mərasimində S.Aslanın çəkildiyi filmlərdən və lentə alınan tamaşalardan səhnələr nümayiş olunacaq.

Yubiley tədbirinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, S.Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. O, aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə isə Quba Dövlət Dram Teatrında çalışıb.

1984-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan S.Aslan 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.

Xəbər lenti

Xəbər lenti