...

Şəki "Türk dünyasının mədəniyyət paytaxtı" oldu

Mədəniyyət Materials 26 Noyabr 2015 17:41 (UTC +04:00)
Azərbaycanın Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Şəki "Türk dünyasının mədəniyyət paytaxtı" oldu

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın Şəki şəhəri 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının bu gün keçirilən 33-cü toplantısında ölkəmizi təmsil edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycanın qədim tarixi və mədəni mərkəzlərindən olan Şəki şəhərinin 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması ilə bağlı Azərbaycan tərəfinin təklifinin TÜRKSOY təşkilatı tərəfindən nəzərdən keçirilməsini xahiş edib.

Toplantıda Azərbaycan tərəfinin bu təklifi üzv dövlətlər tərəfindən yekdilliklə müsbət qiymətləndirilib və Şəki "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti