...

Azərbaycanda vergidən yayınan müğənnilər (SİYAHI)

Mədəniyyət Materials 23 Dekabr 2015 16:57 (UTC +04:00)
Son bir neçə ay ərzində vergi orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində şou-biznes sahəsində fəaliyyət göstərən xeyli fiziki şəxs vergi uçotuna alınıb, uçotda olanlar isə vergi borcunun bir hissəsini ləğv ediblər.
Azərbaycanda vergidən yayınan müğənnilər (SİYAHI)

Bakı. Trend:

Son bir neçə ay ərzində vergi orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində şou-biznes sahəsində fəaliyyət göstərən xeyli fiziki şəxs vergi uçotuna alınıb, uçotda olanlar isə vergi borcunun bir hissəsini ləğv ediblər. Bu barədə Trend-ə Vergilər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bununla yanaşı, şou-biznesdə çalışan və kifayət qədər gəlir əldə edənlərin bəziləri hələ də qanunla müəyyən edilmiş vergilərin ödənilməsinin vacibliyini sözdə qəbul etsələr də, işdə qanunun tələblərinə əməl etmək nümunəsi göstərmirlər. Onlarla keçirilən görüşlər zamanı vergilərin vaxtında və tam həcmdə ödənilməməsinin səbəbləri ilə bağlı gətirilən əsas arqumentlər aşağıdakılardır: "Mənim vergi ödəməyə imkanım yoxdur", "Mən vergiləri ödəsəm, onda gərək köməkçilərimə, birgə çalışdığım şəxslərə əməkhaqqı verməyim", "Mən sənət adamıyam, geyimimə çox pul xərcləməyə məcburam", "Mən özümdən başqa ailə üzvlərimə, qohumlarıma da kömək etdiyim üçün vergiləri ödəyə bilmirəm", "Mən vergiləri ödəsəm, gərək klip çəkdirməyim" və sair və ilaxır...

Nazirliyin məlumatında deyilir: "Bu kimi fikirlərə şərh vermək istəməsək də, qeyd etməliyik ki, belə şəxslərin keçirdiyi həyat tərzi onların söylədiklərinin tam əksini göstərir və bunu sübut etmək o qədər də çətin deyil. Təəssüf doğuran cəhətlərdən biri də odur ki, Vətənə, dövlətə sədaqətlərindən ağız dolusu dəm vuran bu insanlar dövlətin vergisini bütün şəxsi istəklərini həyata keçirdikdən sonra, əgər vəsaiti qalarsa, ödəməyi düşünürlər.

Belələrinə xatırlatmaq istəyirik:

Vergi ödəmək hər kəsin Konstitusiya borcudur.
Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu məcəllə ilə müəyyən olunmuş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergiödəyicinin borcudur.
Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifəsidir.

Göründüyü kimi, vergilərin düzgün hesablanması, vaxtında və tam ödənilməsi üçün yalnız və yalnız vergiödəyicilər məsuliyyət daşıyırlar. Vergi orqanları isə buna nəzarət edirlər və bu heç də o demək deyil ki, hər intizamsız vergiödəyicinin başının üstündə bir vergi orqanı əməkdaşı dayanmalıdır".

Qeyd olunur ki, ölkəmizdə mövcud olan vergi inzibatçılığı ciddi nəzarəti təmin etməyə imkan verir və əgər bundan sonra da kimsə yenə əvvəlki kimi vergidən yayınmağa cəhd göstərəcəksə, belələrinə qarşı qanun tam gücü ilə tətbiq ediləcək. Bu bütün dünyada belədir və tanınmışlar isə dövlət qarşısında borclarının, o cümlədən vergi borclarının yerinə yetirilməsində başqalarına da nümunə göstərməlidirlər: "Qanun hamı üçün birdir! Bir neçə gün əvvəl KİV-lərdə yayılmış bir məlumat da bunu göstərir. Dünyanın ən məhşur opera müğənnilərindən biri olan ispaniyalı Monserrat Kabalyeyə vergi borcuna görə cərimə kəsildi və 82 yaşlı bu ahıl qadın 6 aylıq həbs cəzası aldı. Həm vergiləri, həm cərimələri ödəməyə məcbur edildi, həm də həbsə alındı. Çox istərdik ki, bizdə belə hallar olmasın.

Aşağıdda vergi borclarını ödəməkdən yayınan bir qrup vergiödəyicinin siyahısına hələlik borclarının xeyli hissəsini ödəmiş vergiödəyicilərin adları daxil edilməyib. Əsasən, sadələşdirilmiş vergi ödəyiciləri olan şou-biznes nümayəndələri növbəti bəyannamələrini yanvar ayının ortasında təqdim etdikləri üçün daha geniş siyahı gələn ayın axırlarında təqdim olunacaq və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək. Bunu istəməyənlər qarşıdakı bir ay ərzində bütün vergi borclarını ləğv etməlidirlər".

Vergi borcu olan şou-biznes nümayəndələrinin siyahısı

Verqi ödəyicisinin adı

Qeydiyyatda olduğu vergi orqanı

ŞERON QRUPU MMC

BVD

QASIMOV AYAZ EYVAZ OĞLU

BVD

HÜSEYNOV ZAMİQ ƏSGƏR OĞLU

BVD

İSMAYILOVA RƏQSANƏ İSMAYIL QIZI

BVD

NİSANOV XƏYYAM ALEKSANDROVİÇ

BVD

BƏDƏLOV EMİL NAMİQ OĞLU

BVD

CƏLİLOV YAŞAR ZAHİD OĞLU

BVD

SÜLEYMAN AKİF SÜLEYMAN OĞLU

BVD

AXUNDOV RÜFƏT RAFİQ OĞLU

BVD

ƏLİYEV CEYHUN ABDUL OĞLU

BVD

MUSAYEVA SEVİNC AYDIN QIZI

BVD

MƏMMƏDOV ELVİN SƏYYAD OĞLU

BVD

ALLAHVERDİYEV VÜQAR ZAKİR OĞLU

BVD

CAVADOV YAQUB İBAD OĞLU

BVD

MUSAYEV İNTİQAM BƏHMƏN OĞLU

BVD

QASIMOV NATİQ YUNUS OĞLU

BVD

NOVRUZLU TURAL SULTAN OĞLU

BVD

SÜLEYMANOV MURAD SÜLEYMAN OĞLU

BVD

BƏDƏLOV NAMİQ ƏLİHƏSƏN OĞLU

BVD

ƏLİYEV NİZAMİ TOFİQ OĞLU

BVD

HÜSEYNOV TURAL MƏSTAN OĞLU

BVD

QAFAROV AZƏR MİRHÜSEYN OĞLU

BVD

RZAYEV VASİF VAQİF OĞLU

BVD

ABDULOV SƏNAN SALMAN OĞLU

2 saylı ƏVD

RƏCƏBOV CAVAD HƏNİFƏ OĞLU

6 saylı ƏVİ

SALMANOV EMİN SALMAN OĞLU

2 saylı ƏVD

ZEYNALOV SAMİR NADİR OĞLU

5 saylı ƏVİ

XALIQZADƏ MEHMAN CAHANGİR OĞLU

2 saylı ƏVD

MUSAYEV VÜSAL SAHİB OĞLU

11 saylı ƏVD

DADAŞOV RAMİN CAMAL OĞLU

4 saylı ƏVİ

FƏRZALİYEV MALİK ŞAKƏRƏM OĞLU

4 saylı ƏVİ

SALMANOV ELŞAD BƏHMƏN OĞLU

2 saylı ƏVD

MUXTAROV VAQİF FƏQANİ OĞLU

2 saylı ƏVD

NƏCƏFOV VASİF YUSİF OĞLU

11 saylı ƏVD

DADAŞOV NAZİM CAMAL OĞLU

4 saylı ƏVİ

ABBASOV ŞÖHRƏT DUMAN OĞLU

11 saylı ƏVD

ƏLİYEV ELNUR ELŞƏN OĞLU

2 saylı ƏVD

CAVADOV RASİM ƏLİƏSGƏR OĞLU

2 saylı ƏVD

BAĞIYEV MEHMAN ZAHİD OĞLU

2 saylı ƏVD

ABDULLAYEV RAFİQ TAĞI OĞLU

11 saylı ƏVD

ƏHMƏDOV FARİZ ƏZİZ OĞLU

2 saylı ƏVD

BVD - Bakı Vergilər Departamenti; ƏVİ - Ərazi Vergilər Idarəsi; ƏVD - Ərazi Vergilər Departamenti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti