...

Azərbaycanın tanınmış bəstəkarı vəfat edib (FOTO)

Mədəniyyət Materials 29 Yanvar 2016 15:27 (UTC +04:00)
Azərbaycanın xalq artisti, məşhur bəstəkar Musa Mirzəyev yanvarın 29-da səhər saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.
Azərbaycanın tanınmış bəstəkarı vəfat edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın xalq artisti, məşhur bəstəkar Musa Mirzəyev yanvarın 29-da səhər saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu gün keçirilən vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və musiqi ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, M.Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün "Polifonik simfoniya", skripka və piano üçün "Romantik poema", piano üçün "Qəmli melodiya", piano üçün "konsert-rondo" və başqa əsərlərin müəllifidir. M.Mirzəyev Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Prezident təqaüdçüsü olub, Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

Mərhum bəstəkar II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti