...

Rejissor Əliheydər Ələkbərovun 100 illiyi qeyd olunacaq

Mədəniyyət Materials 30 Yanvar 2016 13:32 (UTC +04:00)
Fevralın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış rejissor Əliheydər Ələkbərovun 100 illiyinə həsr olunan yubiley tədbiri keçiriləcək.
Rejissor Əliheydər Ələkbərovun 100 illiyi qeyd olunacaq

Bakı. Trend:

Fevralın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış rejissor Əliheydər Ələkbərovun 100 illiyinə həsr olunan yubiley tədbiri keçiriləcək. Bu barədə Trend-ə tetardan məlumat veriblər.

Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə sənətkarın həyat və yaradıcılığı ilə yanaşı, sənət aləmindəki peşə fəaliyyətindən və xidmətlərindən söz açılacaq.

Qeyd edək ki, 1915-ci il iyulun 26-da anadan olan sənətkar müxtəlif qurumlarda fəaliyyət göstərsə də, yaradıcılığının böyük qismi Akademik Milli Dram Teatrı ilə bağlıdır. O, 1975-ci il martın 3-də vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti