...

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalına film qəbulu başa çatıb

Mədəniyyət Materials 29 Aprel 2016 18:08 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1-4 iyun 2016-cı il tarixində Nizami Kino Mərkəzində III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.
III Bakı Beynəlxalq Turizm Filmləri Festivalına film qəbulu başa çatıb

Bakı. Trend:

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1-4 iyun 2016-cı il tarixində Nizami Kino Mərkəzində III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivala film qəbulu 15 aprel 2016-cı il tarixində başa çatıb. Festivalın seçim komissiyasına ümumilikdə 71 ölkədən (ABŞ, Türkiyə, Argentina, Avstraliya, Baham adaları, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Butan, Çili, Çin, CAR, Dominikan Respublikası, Hindistan, İraq, İsrail, Kanada, Kolumbiya, Konqo, Malaziya, Mavritaniya, Meksika, Mərakeş, Misir, Monqolustan, Nepal, Oman, Peru, Ruanda, Şri Lanka, Vyetnam, Yaponiya, bir çox Avropa və MDB ölkələri) 420 film təqdim olunub. Seçim komissiyası göndərilən filmlər arasından 28 ölkədən 78 filmi müsabiqə proqramına qəbul edib.

Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaq və kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq:

I yerə - Qızıl mükafat - diplom və mükafat;
II yerə - Gümüş mükafat - diplom və mükafat;
III yerə - Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.

Festivalın ən yaxışı filminə isə "Qran Pri" - diplom və mükafat təqdim ediləcək.

Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti