...

Heydər Əliyev Mərkəzində konsert verəcək "Səyyah kvartet" İçərişəhərdə (FOTO/VİDEO)

Mədəniyyət Materials 4 May 2016 19:45 (UTC +04:00)
Məşhur akkordeon ustası Paskal Konte və Fransadan olan “Səyyah kvartet”in üzvləri artıq Bakıdadırlar.
Heydər Əliyev Mərkəzində konsert verəcək "Səyyah kvartet" İçərişəhərdə (FOTO/VİDEO)

Bakı. Trend:

Məşhur akkordeon ustası Paskal Konte və Fransadan olan "Səyyah kvartet"in üzvləri artıq Bakıdadırlar.

Trend-in məlumatına görə, onlar bu gün İçərişəhəri gəzib, müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri, o cümlədən Şirvanşahlar Saray Kompleksi ilə tanış olublar. Musiqiçilər Azərbaycan mətbəxinin ləziz neməti olan təndir çörəyinin dadına baxıblar.

Mayın 5-də fransalı musiqiçilər Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcəklər. Məşhur tanqo ritmləri modern üslub və aranjimanda təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti