...

Efiopiyanın dövlət naziri Azərbaycanda səfərdədir

Mədəniyyət Materials 13 May 2016 11:02 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Efiopiya Federativ Demokratik Respublikasının mədəniyyət və turizm üzrə dövlət naziri xanım Meaze Gebremedhin Gebreegzinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Efiopiyanın dövlət naziri Azərbaycanda səfərdədir

Bakı. Trend:

Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Efiopiya Federativ Demokratik Respublikasının mədəniyyət və turizm üzrə dövlət naziri xanım Meaze Gebremedhin Gebreegzinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Efiopiya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə olunub.

V.Əliyev Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi əhəmiyyətdən danışaraq, 2011-ci ildən başlayaraq hər iki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun, həmçinin 25-27 aprel 2016-cı il tarixində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirildiyini qeyd edib. Dövlət tərəfindən təşkil edilən beynəlxalq forumlar, konfranslar, "dəyirmi masa"lar və mədəni aksiyaların ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələrini və dünya xalqlarını bir araya gətirərək Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq mühitinin daha da möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.

Ermənistan-Azərbaycan ,Dağlıq Qarabağ münaqişəsindən söhbət açan nazir müavini münaqişənin Azərbaycanın işğal altında olan bölgəsinin turizm məkanı kimi inkişafına maneə törədən amil olduğunu qeyd edib.

Efiopiyanın dövlət naziri M.G.Gebreegzini tərəfindən səmimi qəbula görə nazirin müavininə təşəkkürünü bildirib, həmçinin Efiopiya və Azərbaycan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafına inam ifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti