...

"Azərbaycan" jurnalının 5-ci buraxılışı işıq üzü görüb

Mədəniyyət Materials 13 May 2016 12:41 (UTC +04:00)
Azərbaycanda ədəbiyyatsevərlərin səbrsizliklə gözlədiyi "Azərbaycan" jurnalının növbəti buraxılışı işıq üzü görüb.
"Azərbaycan" jurnalının 5-ci buraxılışı işıq üzü görüb

Bakı. Trend:

Azərbaycanda ədəbiyyatsevərlərin səbrsizliklə gözlədiyi "Azərbaycan" jurnalının növbəti buraxılışı işıq üzü görüb. Jurnalın may buraxılışında Azərbaycanın sevilən nəğməkar şairi Süleyman Rüstəmin 110 illik yubileyi ilə əlaqədar dahi yazıçı Anarın "Süleymanla Süleymansız" yazısı ilə tanış olmaq mümknüdür.

Bundan başqa, nəsr bölməsində Mübariz Cəfərlinin "İkinci Adəm" romanı, Atababa İsamyıloğlunun "Köləliyin ilk günü", Laura Cəbrayıllının "Göz yaşı muzeyi" hekayələri çap olunub. Bu nömrədə Eldar Səfa, Mənsurə Qaçayqızı, Yusif Həsənbəy, Rəşid Faxralı, Məryəm Aslanqızı, Ağacəfər Həsənli və Aqşin Evrənin şeirləri də yer alıb.

Bundan başqa həmişə olduğu kimi, jurnalın "Dəyirmi masa", "Aktual mövzu", "Tənqid və ədəbiyyatşünaslıq" rubrikalarında maraqlı yazılarla, Əlyazmalar İnstitutunun yeni nəşrləri ilə tanış olmaq mümkündür. Həmçinin Nizamı Cəfərovə məxsus Keçən günlərin "tərcümeyi-hal"ı və Günel Natiqin "Kafka yalqızlığı" da maraq doğurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti