...

Bakıda tanınmış xoreoqraflar Adam və Alyona Qumennayanın master klassları keçiriləcək

Mədəniyyət Materials 20 May 2016 16:38 (UTC +04:00)
Mayın 29-da Bakıda ilk dəfə və yalnız NERO DANCE CENTER-də "Dance Start 3" layihəsi çərçivəsində tanınmış xoreoqraflar, "ТАНЦЫ" telelayihəsinin ulduzları Adam və Alyona Qumennayanın master klassları keçiriləcək.
Bakıda tanınmış xoreoqraflar Adam və Alyona Qumennayanın master klassları keçiriləcək

Bakı. Trend:

Mayın 29-da Bakıda ilk dəfə və yalnız NERO DANCE CENTER-də "Dance Start 3" layihəsi çərçivəsində tanınmış xoreoqraflar, "ТАНЦЫ" telelayihəsinin ulduzları Adam və Alyona Qumennayanın master klassları keçiriləcək.

Trend-ə verilən məlumata görə, paytaxtımızın qonağı Adam Moskvanın tanınmış rəqs ustadlarından biri, quruluşçu-xoreoqraf, "ТАНЦЫ" telelayihəsinin mükafatçılarından biridir. O, Caz Fank (Jazz-Funk) istiqaməti üzrə master klass keçirəcək.

Digər qonağımız isə - ecazkar Alyona Qumennayadır. O, istedadlı pedaqoq, quruluşçu-xoreoqrafdır. Bir çox stil və istiqamətlərə ustalıqla yiyələnmiş Alyona Denshol (Dancehall) istiqaməti üzrə dərslər verəcək.

Master klasslarının hər iştirakçısı üçün xüsusi sertifikat nəzərdə tutlub. İştirak etmək isə hər kəs üçün mümkündür: təcrübəli rəqqaslar və ya bu yolda ilk addımlarını atan gənclər. Qeyd edək ki, iştirak üçün öncədən rezervasiya mütləkdir.

"DANCE START" layihəsi özündə rəqsin müxtəlif istiqamətlərində master klasslarını birləşdirir. Professional xoreoqraflar böyük məmuniyyətlə öz bilikləri ilə rəqqaslarla bölüşür, bu sahədə yeni olanlara isə dəyərli məsləhətlər verir, istiqamət və üslub seçimində kömək edir.

Yeni başlayan rəqqaslara "DANCE START" unikal imkan yaradır: ürəyə yatan üslubu seçmək və artıq gələcək xoreoqraf ilə tanış olmaq. Lakin təcrübəli rəqqaslar üçün digər istiqamətlətin öyrənilməsi, inkişaf, biliklərin artırılmasını nəzərdə tutur.
Təşkilatı və sponsor dəstəyinə görə "Nero Dance Center" Boulevard Side mehmanxanasına, Bazaar Delights Cafe, Alma Billiard Club və WH Smith kitab mağazasına öz minnətdarlığını bildirir.

"DANCE START" layihəsinin əsas məqsədi müassir rəqs sənətini populyarlaşdırma, Azərbaycan rəqs mədəniyyətinin inkişafına dəstək olmaqdır. Rəqqasların birliyi, qarşılıqlı hörmət əsasında bir rəqs ailəsi yaratmaq əsas prioritetlərdən biridir.

İlk dəfə layihə 2015-ci ildə həyata keçirilmişdir. Layihənin rəhbəri Emin Useynovdur. Qısa bir vaxt ərzində "DANCE START" artıq öz sözünü deməyi bacarmış, özünü ən yaxşı professional və təşkilati tərəfdən göstərməyi bacarmışdır.

Təşkilat komandasının mükəmməl işinə güvənərək, layihə Azərbaycanın müassir rəqs mədəniyyətində öz layiqli yerini tutmağa iddialıdır.

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti