...

Lalə Məmmədova “Retro Bakı” layihəsinin qonağı olacaq

Mədəniyyət Materials 16 Sentyabr 2016 12:14 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi zəngin konsert proqramı ilə yenə də Bakı sakinlərinin və qonaqlarının görüşünə gələcək.
Lalə Məmmədova “Retro Bakı” layihəsinin qonağı olacaq

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi zəngin konsert proqramı ilə yenə də Bakı sakinlərinin və qonaqlarının görüşünə gələcək.

İdarədən Trend-ə verilən məlumata görə, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən növbəti konsert sentyabrın 18-də saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.

Bu həftə “Retro Bakı”da tanınmış müğənnilər Lalə Məmmədova, Cavan Zeynallı, Ceyhun Bakinski, Yaşar Cəlilov, Şəbnəm Qəhrəmanova və Səbinə Əsgərova iştirak edəcəklər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti