...

Xalq rəssamımız Ömər Eldarovu kövrəldən nə oldu? (FOTO)

Mədəniyyət Materials 5 Oktyabr 2016 14:01 (UTC +04:00)
Macarıstanın ölkəmizdəki səfirinin ailəsi Lənkəranda gördüklərindən heyrətə gəldilər.
Xalq rəssamımız Ömər Eldarovu kövrəldən nə oldu?    (FOTO)

Bakı. Trend:

Macarıstanın ölkəmizdəki səfirinin ailəsi Lənkəranda gördüklərindən heyrətə gəldilər.

Populyar rejissor, aktyor İlham Qasımov ailə qayğılarından danışdı: "Evdə yemək bişirmək, uşağa baxmaq məni yorur...”

“Oyan, Azərbaycan!” – 1-2 oktyabr tarixlərində Fira və Sima Xəzər TV-nin tamaşaçılarını həm şən, həm də düşündürücü ovqata köklədilər. Fira və Simanın maraqlı həmsöhbətləri, musiqili sürpriz qonaqları və onlarla yaşanan əyləncəli dəqiqələr, müxtəlif problemlərə dair verdikləri SOS siqnalı tam hədəfinə çatdı.

Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmrə Laslotski və ailəsi ilə çox səmimi söhbəti Aysəba Umutlunun “Səfirlərə səfər” rubrikasında izlədik. Azərbaycan mədəniyyətinə, mətbəxinə olan sevgilərindən söz açan diplomatik cütlük həyatlarında da ilk dəfə doğal çay plantasiyalarını Lənkəranda görərək, heyrətləndiklərini və bu çayın ecazkar ətirindən danışdılar.

Təhsil Naziriyinin şöbə müdiri Aydın Əhmədovla “Qəbul”da məktəbəqədər təhsilə dair maraqlı söhbət edildi. Cəmiyyətdə müəllim nüfuzunun necə artırılması məsələsi, şəhərdə tıxacların yaranma səbəblərindən biri olaraq, parkinqləri görən Heydər Rəsulzadənin ətraflı araşdırması, İsmayılın gənclərin mütaliəyə olan həvəsinin azalması ilə bağlı “SOSium” siqnalı da rezonansa səbəb oldu. Cəmi 6 yaşında öz şəxsi saytını yaradan Həmzə Hüseynlinin “Uğur düsturu”, şəhərimizdə Nəriman Nərimanovun, dahi ustad Füzulinin toz və çirk basmış heykəllərinə qarşı müvafiq qurumların bağışlanılmaz biganəliyi üzündən xalq rəssamımız Ömər Eldarovun kövrəlməsi, Kənanın “Möhkəm ol” - deyərək, hamını sağlam həyat tərzinə səsləməsi də yadda qaldı.

Populyar aparıcı, rejissor İlham Qasımov sənət uğurlarını, ailə həyatı ilə bağlı yenilikləri “Peşəkar” rubrikasında Təbrizlə belə bölüşdü: "Evdə yemək bişirmək, uşağa baxmaq məni təbii ki, yorur. Zarafat edirəm))) Amma ailə həyatı zənnimcə iş kimidir. Borcunu yerinə yetirib, qarşı tərəfdən mənəvi dəstək alırsansa, tarazlıq yaranır və işini zövqlə görürsən”.

Lamiyə rəfiqə sarıdan bəxti gətirməyib, onların paxıllığı ilə üzləşən xanımlara “Düzələr” mesajı verdi. Həkim–cərrah Qəhrəman Qəhrəmanov isə artıq çəkidən əziyyət çəkən, üz cizgilərindən narazı olan xanımlarımıza üz tutmaq üçün doğru ünvan göstərərək, praktik tövsiyələr verdi.

Sevda Ələkbərzadə bütün studiyanı coşduraraq, rəqs etdirdi. Bazar gününün ekskluziv qonaqları ukraynalı əkiz bacılar Anna və Mariya usə Firanın “Tapmaca” sınağından “5” aldılar. Şux mahnılarla verilişə əsil səhər ovqatı bəxş edən bacıların ifasında “Sarı gəlin” hamının qəlbini titrətdi.

Qeyd edək ki, trend.az, day.az, milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıcıları Firuzə Cəlilova və Sima Çələbi, baş redaktoru İlhamə Novruzova, rejissoru Qəmər Abbasova, koordinatoru Gülnar Məmmədovadır. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti