...

Vindzor Qəsrində Kraliçanın yubileyi münasibəti ilə kitab təqdimatı keçirilib

Mədəniyyət Materials 28 Noyabr 2016 18:58 (UTC +04:00)
Britaniya Kraliçası Ülyahəzrət II Elizabetin 90 illik yubileyi münasibətilə Vindzor Qəsrində Home Park Private ərazisində möhtəşəm bayram mərasimi keçirilib.
Vindzor Qəsrində Kraliçanın yubileyi münasibəti ilə kitab təqdimatı keçirilib

Bakı. Trend:

Britaniya Kraliçası Ülyahəzrət II Elizabetin 90 illik yubileyi münasibətilə Vindzor Qəsrində Home Park Private ərazisində möhtəşəm bayram mərasimi keçirilib.

Bu ilin 12-15 may tarixlərində Vindzor Qəsrində keçirilən At Şousunda bütün dünyadan 900-dən çox at və 1500-dən artıq iştirakçı şou proqramla çıxış etmişdi.

Bir həftə davam edən möhtəşəm Kral Vindzor At Şousu televiziya vasitəsilə bütün dünyada yeddi milyondan artıq insan tərəfindən izlənilmişdi. Qeyd edək ki, Böyük Britaniyanın İTV televiziya kanalı tərəfindən şouda iştirak edən Azərbaycan nümayəndə heyəti haqqında xüsusi reportaj hazırlanaraq efirə verilmişdi.

Bu münasibətlə, Kral Vindzor At Şousuna həsr olunmuş xatirə kitabı nəşr edilib. Kitabda dünya şöhrətli fotoqraf Henri Dallalın çəkdiyi fotoşəkillər təqdim olunur. Kitab Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəstəyi ilə nəşr edilib.

Xüsusi cins olan Qarabağ atlarının Vindzor Şousunda iştirakı TEAS və ARAF-ın birgə əməkdaşlığı və təşkilatçılığı şəraitində baş tutub. Nadir Qarabağ atlarının gözəlliyi, çaparların bacarıq və cəsarətli akrobatik çıxışları tədbir iştirakçıları və televiziya auditoriyasını heyrətləndirmişdi. Şou həftəsi ərzində Azərbaycan rəqqaslarının konsert proqramı da tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdu.

Təqdimatdan sonra fotoqraf və kitabın naşiri Henri Dallal bildirib: “Kitabın nəfis tərtibatından çox razıyam. Mətn və şəkilaltı şərhlər müxtəlif iştirakçılar tərəfindən daxil edilib. Bunlar arasında xanım Helen Mirren, Andrea Boçelli, Kayli Minoq, Şirli Bassey və azərbaycanlı rəqqasə Günel Şeyxova da var. Həmin may günlərində onlar bayram təntənəsini daha da canlandırmışdılar.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti