...

Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş “Odlu-alovlu sənətkar” tədbiri keçirilib (FOTO)

Mədəniyyət Materials 1 Mart 2017 14:03 (UTC +04:00)
Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş “Odlu-alovlu sənətkar” adlı tədbir keçirilib.
Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş “Odlu-alovlu sənətkar” tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Fevralın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş “Odlu-alovlu sənətkar” adlı tədbir keçirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən Trend-ə verilən məlumata görə, tədbir Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında təşkil olunub.

Tədbirdə Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycanın əməkdar artisti Füzuli Hüseynov, Azərbaycanın teatr aktyoru Kamran Yunis, Azərbaycanın xalq şairi X.R.Ulutürkün bacısı Ulduz Əhmədova, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nümayəndəsi Sücayət Piriyeva, aşıq Cavanşir Quliyev, 116, 261 saylı tam orta məktəbin şagirdləri, Xətai rayon MKS-nin fəal oxucuları və əməkdaşları iştirak ediblər.

İlk öncə tədbiri Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşı Gülzadə Quliyeva açaraq xalq artistinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, M.Mirzə Azərbaycan teatr və kino aktyoru, ssenari müəllifi, Azərbaycanın romantik aktyor məktəbinin istedadlı nümayəndəsi olub.

Sonra xalq artisti Mikayıl Mirzənin ifasında səslənən şeirlər təqdim edilib, yaradıcılığını əks etdirən video-slayda baxış keçirilib.

Tədbir zamanı qonaqlar görkəmli sənətkarın həyat və yaradıcılığından, onunla bağlı xatirələrindən danışıblar. Sonda məktəblilərin ifasında M.Mirzənin oynadığı “Günahsız Abdulla” tamaşasından səhnəcik nümayiş olunub, şeirlər səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti