...

"Azərbaycan" jurnalının yeni sayı - Oxumağa tələsin

Mədəniyyət Materials 22 May 2017 19:31 (UTC +04:00)

Bakı. Trend:

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.

Trend-in məlumatına görə, jurnalın may sayında Pərvin Nürəliyevanın "Anar yaradıcılığında tənhalıq", Vaqif Yüsiflinin "Qəzəl dünyamız" (əvvəli), Paşa Əlioğlunun "Səməd Vurğun və Şəhriyar", Ülviyyə Rəhimovanın "Midas effekti və Yusif Səmədoğlunun "Bayatı Şiraz" hekayəsi", Günel Natiqin "Həyatını ispan müğənnisinə həsr etmiş rus yazıçısı", Paşa Kərimovun "Əlyazmalar İnstitutunun yeni nəşrləri" kimi yazılar işıq üzü görüb.

Hamının sevə-sevə oxuduğu "Azərbaycan" jurnalının bu sayında Südabə Ağabalayevanın "Yaddaş" adlı maraqlı yazısı da yer alıb.

Eyni zamanda jurnalda Nizamı Cəfərov "Təbiət qədər təbii", Əjdər Ol "Həmişə şair", Günay Qarayeva "...Sağ ol, təmiz ömür, var ol, təmiz yol..." yazıları ilə çıxış ediblər.

Poeziyasevərlər isə jurnalın bu sayında Musa Yaqub, Tahir Taisoğlu, Mayis Səlim, İsa Sevər, Güləmail Murad, Leyla Əsədullayeva, Zirəddin Qafarlı, Ramiz Kərəm, Mahcamal, Lilpar Cəmşid qızı kimi müəlliflərin şeirləri ilə tanış olacaqlar.

Hüseynbala Mirələmovun "Qazi Bürhanəddin səltənətinin süqutu" romanı, Qəşəm Nəcəfzadə "Mənim ilk kitabım" yazısı və Sadiq Zamanın "Kolumbun səhvi" hekayəsi də jurnalın bu sayında yer alıb.

"Azərbaycan" jurnalı oxucularına dünya ədəbiyyatından yeni tərcümələr də təqdim edir:

Oleq Amiqin (Sidorov) - Tigin ağacı (hekayə)

Yuri Şerbakov - Şeirlər

Suheyr əl - Qalamavi - Alovlu məktub (hekayə)

Hənəfi bin İsa - Əlcəzairli Parisdə (hekayə)

Qeyd edək ki, jurnalın bundan əvvəlki xüsusi buraxılışının dramaturgiyaya həsr olunması və Nizami Cəfərovla Nərgiz Sabbarlının Aydın Talıbzadənin "Əbuhübb" romanı ilə bağlı söhbəti oxucuların marağına səbəb olub.

Xəbər lenti

Xəbər lenti