...

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Sabunçuda qeyd edilib (FOTO)

Mədəniyyət Materials 2 İyun 2017 20:44 (UTC +04:00)
Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialında tədbir keçirilib.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Sabunçuda qeyd edilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Sabunçu rayon Asudə Vaxt Mərkəzinin təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialında tədbir keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlizadə Səmərqənd, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin direktoru Hacı Əliyev və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən rəis V.Zeynalov bütün uşaqları bu bayram münasibəti ilə təbrik edib, Azərbaycanda uçaqlara qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb və uşaq problemləri, onların hüquq və azadlıqlarının qorunması hər zaman diqqətdə saxlanıldığını qeyd edib.

Sonra Sabunçu rayon Asudə Vaxt Mərkəzinin nəzdində fəaliyyət göstərən vokal dərnəyinin üzvləri Bayramova Ayan, Məmmədov Emin, xanəndəlik dərnəyinin üzvü Muradov Anar, “Meqas” uşaq qrupu, “Xəzri” rəqs ansablı, mərkəzin məktəbəqədər dərnəyinin kiçik yaşlı üzvləri təqdim etdiklər rəngarəng konsert proqramı ilə tədbirə qatılan çoxsaylı balaca qonaqlara bol əyləncə, bayram əhval ruhiyyəsi bəxş ediblər.

Xəbər lenti

Xəbər lenti