...

Tbilisidə "İki yad adam" Azərbaycan filmi təqdim olunub (FOTO/VİDEO)

Mədəniyyət Materials 1 İyul 2017 17:36 (UTC +04:00)
Gürcüstanın paytaxtı Tbilisi şəhərində "İki yad adam" Azərbaycan filmi təqdim olunub.
Tbilisidə "İki yad adam" Azərbaycan filmi təqdim olunub (FOTO/VİDEO)

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Socar Georgia-nın dəstəyi ilə görkəmli yazar Mir Cəlal Paşayevin "Kəmtərovlar Ailəsi" hekayəsinin motivləri əsasında çəkilən "İki yad adam" filminin nümayişi baş tutub.

Trend-in məlumatına görə, film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Filmin nümayişindən sonra Socar Georgia-nın rəhbəri Mahir Məmmədov, eləcə də səfərdə iştirak edən filmin yaradıcı qrupunun üzvləri, layihə rəhbəri Hüseyn Cavadzadə və baş rolun ifaçısı Duyğu Dəvəli çıxış ediblər.

Qeyd edək ki "İki yad adam" filmi mart ayında ilk dəfə Çinin paytaxtı Pekin şəhərində keçirilən “Grand Asian” Film Festivalda nümayiş olunub və "Ən Yaxşı Sosial Film" nominasiyasında qalib olub.

Filmin Bakıda ilk nümayişi Azərbaycan Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin dəstəyi ilə “Addım”ın gerçəkləşdirəcəyi 1-ci Gənc Ailələrin forumunun bağlanış mərasimində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti