...

Rejissor Erik Gandini DokuBaku festivalında (FOTO)

Mədəniyyət Materials 14 Oktyabr 2017 14:16 (UTC +04:00)
DokuBaku festivalında Lidia Sheyninanın “Vəhdət”, Erik Gandinin “Isveç sevgi nəzərəriyyəsi” və Andres Dukenin “Oleg və nadir sənətlər” filmləri göstərilib.
Rejissor Erik Gandini DokuBaku festivalında (FOTO)

Bakı. Trend:

13 oktyabr DokuBaku festivalında Lidia Sheyninanın “Vəhdət”, Erik Gandinin “Isveç sevgi nəzərəriyyəsi” və Andres Dukenin “Oleg və nadir sənətlər” filmləri göstərilib.

“Vəhdət” filmi nənə və onun həyatının təcavüz edən nəvələri və qızı haqqında sənədli ailə draması 13 oktyabr nümayişlərini açıb.

“İsveç sevgi nəzəriyyəsi” sənədli filmini Bakı publikasına filmin rejissoru Erik Gandini təqdim etdi. Zal tamaşaçılaral dolu idi, filmə baxıb rejissorla danışmaq üçün bəzi izləyicilər pilləkənlərdə belə oturmuşdular.

Günün axırıncı film nümayişi olan “Oleg və nadir sənətlər” sənədli filminin müzakirəsini Bakı Musiqi Akademiyasının professoru Zümüd Dadaşzadə aparırdı. Görkəmli bəstəkar Oleg Karavayçuk haqqında olan bu film öz möcüzəvi musiqisi ilə tamaşaçıları heyrətləndirmişdi.

DokuBaku Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq sənədli film festivalıdı. Bu festival çərçivəsində 12-20 oktyabr tarixlərində Bakıda film nümayişləri, konsertlər, ustad dərslər keçiriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti