...

"Miss & Mister Azerbaijan – 2018" gözəllik müsabiqəsinin ikinci kastinqi keçirilib (FOTO)

Mədəniyyət Materials 31 Oktyabr 2017 20:23 (UTC +04:00)
Bakının elit klublarından olan «Switch»-də "Miss & Mister Azerbaijan – 2018" Milli gözəllik müsabiqəsinin ikinci kastinqi keçirilib.
"Miss & Mister Azerbaijan – 2018" gözəllik müsabiqəsinin ikinci kastinqi keçirilib (FOTO)

Bakı. Trend:

Bakının elit klublarından olan «Switch»-də "Miss & Mister Azerbaijan – 2018" Milli gözəllik müsabiqəsinin ikinci kastinqi keçirilib.

Trend-in məlumatına görə, bu il iştirak üçün 600-dan çox adam müraciət edib. Müsabiqədə 17 yaşdan 27 yaşa kimi olan, özünə əmin, yaxşı fiziki göstəricilərə malik şəxslər iştirak edə bilərlər. Bundan başqa, ali təhsil alan və xarici dillərdə danışan iştirakçılar təşkilatçılar tərəfindən müsbət qarşılanır. Birinci kastinqdə iştirakçılar bütün lazımi parametrlərə uyğun səlahiyyətli münsiflər heyəti tərəfindən qiymətləndirilirdi. Münsiflər heyətiMiss & Mister Azerbaijan Milli gözəllik müsabiqəsinin təsisçisi və təşkilatçısı Anelya Orduxanova, müsabiqənin koordinatoru və xoreoqrafı Ayla Mais, müsabiqənin icraçı direktoru Amil Abbasov, jurnalist Ruslan Əliyev, top - model Orxan Məmmədov, “ Mario Russo” lüks sinif kişi geyimləri brendinin təsisçisi və direktoru Ruslan Məmmədov olub.

Müsabiqənin ötən illərdəki qalibləri də münsiflər heyətinə daxil idilər – «I Vice Miss Azerbaijan – 2014» Lalə Məmmədova, «Mister Style – 2015 Şahin Musazadə, 2017-ci ildə üç nominasiya sahibi olan « III Vice Miss Azerbaijan-2017» , «Miss Bahar-2017», «Miss Popular-2017» Xanım Əliyeva və «Mister Azerbaijan – 2017» Əli Hüseynov.

«Miss & Mister Azerbaijan - 2018» Milli Gözəllik müsabiqəsinin Təşkilat Komitəsi nəticələri və yarımfinalçıların adlarını, layihənin hər 3 kastinqi bitəndən sonra açıqlamağı planlaşdırır. Daha sonra yarımfinalçılarla məşqlərə və treyninqlərə start veriləcək. Qeyd edək ki, layihə 6 ay davam edir. Yarımfinala 20 xanım və 20 kişi keçə biləcək. Final mərhələsində isə 16 xanım və 16 kişi iştirakçı birincilik uğrunda mübarizəyə qatıla biləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti