...

“Oyan Azərbaycan”da nələr baş verib? (FOTO)

Mədəniyyət Materials 31 Oktyabr 2017 20:55 (UTC +04:00)
Hər həftə sonları Xəzər TV tamaşaçılarını oyadan “Oyan Azərbaycan” "Audio-vizual varislik gününü qeyd edib.
“Oyan Azərbaycan”da nələr baş verib? (FOTO)

Bakı. Trend:

Hər həftə sonları Xəzər TV tamaşaçılarını oyadan “Oyan Azərbaycan”da şənbə günü verilişin aparıcısı Firuzə Cəlilova, uzun illər arxivdə çalışmış Xəzər TV-nin Yayım Departamentinin müdiri Süleyman Məmmədov ilə birgə "Audio-vizual varislik gününü qeyd ediblər.

Söhbət əsnasında Xəzərin arxivinin saxlanıldığı müasir texnologiyaya cavab verən kasetlər nümayiş olunub. Həmçinin verilişlərdə baş verən maraqlı hadisələrdən bəhs edilib.

Verilişin növbəti qonağı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova yeni təsdiq olunan " Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət proqramının digər iki proqramlardan fərqindən bəhs edib. Azərbaycan Arıçılar Assosasiyasının arıçıları isə "Bal və bal məhsullarının yarmarkası" haqda məlumat verərək, balın və bal məhsullarının xeyrindən danışıblar.

Bazar günü efirində isə "Oyan Azərbaycan"ın aparıcısı Firuzə Cəlilova, polkovnik Abdulla Qurbani və müğənni Manaf Ağayev ilə Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il 29 oktyabrda işğal olunan Zəngilanı anıblar.

Növbəti qonaq Bakı şəhər Baş Dövlət Yol Polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə sosial şəbəkələrdə geniş müzakirə olunan "Sürücü yol yoldaşı ilə danışa bilməz" mövzusuna aydınlıq gətirib. Onun sözlərinə görə sürücünün sükan arxasında olarkən diqqətini yayındıracaq hər şey qanunla qadağandır. Lakin məhz sürücü danışa bilməz deyə bir qadağa mövcud deyil.

Proqramın tərkib hissəsi olan əyləncəli, maarifləndirici, yarışma və həyəcan dolu rubrikaları da verilişin gedişatına maraq qatır. “Megapolis”i izləyərək tamaşaçılar sosial problemlərin həlli yolunu tapırlar, “İş verən” hər zamanki kimi 92-46 nömrəsinə "İş verən" yazıb göndərənlərə uyğun vakansiya axtarır, “Axtaran tapar” rubrikası itirilənləri axtarıb tapır. “Haqqım var” insanların haqqını qoruyur, “ İşə düşdük” şəhər sakinlərini işə salaraq sosial mesaj ötürür. “Heç bilirsizmi” rubrikası tamaşaçıya bilmədiklərini deyərkən, “Yalnız bizdə” rubrikası yalnız bizdə olan bildiklərinizdən danışır. “Hobbi Mən” rubrikasında maraqlı hobbisi olanlar özlərini görirlər. “ Kəndçi” rubrikası kəndləri qarış –qarış gəzir. “Avtomən” rubrikası isə sürəti və yeniliyi sevənlər üçündür. “Kitabqurdu” oxuduğunuz və oxumadığınız kitabları sevdirərkən, bütün komanda 1:0 rubrikasında yarış həyəcanı yaşayır.

Layihənin rəhbəri və aparıcısı Firuzə Cəlilova, rejissoru Ruslan Şirinov, redaktorları Mətanət Babayeva və Gülnar Məmmədova, koordinatorları isə Emil Cəlilov və Gülnar Muradovadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti