...

"Koroğlu" dastanının motivləri əsasında yeni tamaşa hazırlanır

Mədəniyyət Materials 13 Noyabr 2017 20:23 (UTC +04:00)
“Eşq-i Nigar” adlı tamaşa təqdim olunacaq
"Koroğlu" dastanının motivləri əsasında yeni tamaşa hazırlanır

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Bakı Yunis Əmrə İnstitutu birgə türk dünyasının ortaq qəhrəmanı "Koroğlu" dastanının motivləri əsasında "Eşq-i Nigar" adlı tamaşa hazırlayır.

Teatrdan Trend-ə verilən məlumata görə, artıq "Eşq-i Nigar" tamaşasına ictimai baxış keçirilib. Tamaşada teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış ediblər.

Tamaşanın səhnə redaksiyasının müəllifi Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova, plastik həlli Ceyhun Dadaşovdur.

Yeni layihə - tamaşa noyabr ayının 14-də saat 19:00-da ilk dəfə geniş ictimaiyyətə və teatrsevərlərə təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti