...

Bakıda məşhur portuqaliyalı musiqiçinin konserti keçirilib (FOTO/VİDEO)

Mədəniyyət Materials 23 Noyabr 2017 13:30 (UTC +04:00)
Bakıda məşhur portuqaliyalı müğənni, musiqiçi və fado ifaçısı Mariya Ana Bobonenin konserti keçirilib.
Bakıda məşhur portuqaliyalı musiqiçinin konserti keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Bakıda məşhur portuqaliyalı müğənni, musiqiçi və fado ifaçısı Mariya Ana Bobonenin konserti keçirilib.

Portuqaliyanın Bakıdakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, gecəni giriş nitqi ilə açan Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jorje Fonseka tədbirin Azərbaycan və Portuqaliya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunduğunu bildirib.

O, ölkələr arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirərək mədəniyyət sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

Sonra M.A.Bobone Portuqaliyanın milli musiqi və rəqs janrı olan fado janrında əsərlər ifa edib.

Qeyd edək ki, "fado" hərfi mənada "tale" anlamına gəlir, musiqi əsərlərində əsas təəssürat acı taleyin qəbul edilməsidir. Yekdilliklə bu janrda ən yaxşılardan biri olaraq tanınan M.A.Bobone yaradıcılığında əvvəlki nəsillərin ən yaxşı ənənələrini və özünəməxsus üslubunu birləşdirib.

Tədbir çərçivəsində həmçinin, Portuqaliya şərablarının dadına baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti