...

Nazir: Muzey işçilərinin bilik və bacarıqları artırılmalıdır

Mədəniyyət Materials 11 Dekabr 2017 17:21 (UTC +04:00)
Muzey işçilərinin bilik və bacarıqlarının daha da artırılması, muzey işi üzrə yeniliklərin tətbiqi daha da genişləndirilməlidir.
Nazir: Muzey işçilərinin bilik və bacarıqları artırılmalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Muzey işçilərinin bilik və bacarıqlarının daha da artırılması, muzey işi üzrə yeniliklərin tətbiqi genişləndirilməlidir.

Trend-in məlumatına görə, bunu paytaxt muzeylərinin fəaliyyətinə həsr olunan müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, hər il ölkəmizə gələn turistlərin sayı artmaqdadır.

Onun sözlərinə görə, həm yerli əhalinin, həm də xarici turistlərin asudə vaxtlarının daha səmərəli təşkili, eyni zamanda mədəni irsimizin təbliği üçün muzeylərin əvəzsiz rolu var.

Ə.Qarayev hesab edir ki, ölkə əhalisinin və turistlərin muzeylərə cəlb olunması üçün sistemli fəaliyyət qurulmalıdır: "Artıq bir neçə muzey turizm şirkətləri ilə müqavilə bağlayıb. Bu istiqamətdə işlər davam etdirilməlidir. Dünya inkişaf edir. Bizim yerimizdə saymağımızın vaxtı deyil. Müasir texnoloji imkanlardan istifadə edib zamanla ayaqlaşmalıyıq. İnternet saytlarının işinin düzgün qurulması, sosial şəbəkələrdən fəal istifadə olunaraq muzeylərin fəaliyyətinin təbliğ olunması çox vacibdir. Həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların muzeylərə marağının artırılması üçün təbliğat işləri gücləndirilməlidir. Eyni zamanda muzey bələdçilərinin biliklərinin də artırılması vacibdir”.

Ə.Qarayev bildirib ki, əksər muzeylərimizdə işin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb: "Bu şəraitdən düzgün istifadə edərək insanları muzeylərə cəlb etməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti