...

Bakı metrosunda növbəti konsert proqramı olacaq (FOTO)

Mədəniyyət Materials 2 Fevral 2018 09:28 (UTC +04:00)
"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək.
Bakı metrosunda növbəti konsert proqramı olacaq (FOTO)

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, fevralın 5-də saat 17:00-dan 19:00-dək görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətlə “Qara Qarayev” stansiyasında ilk dəfə musiqili proqram təşkil olunacaq.

Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramını simli kvartetin ifasında dinləyə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti