...

Bakıda beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək

Mədəniyyət Materials 19 Fevral 2018 16:03 (UTC +04:00)
“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək
Bakıda beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə 27 mart – 2 aprel 2018-ci il tarixlərində İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək.

Trend-in məlumatına görə, müsabiqədə münsiflər heyəti kimi Rusiyanın xalq artisti Viktor Pelenyaqre, Rusiya və Tatarstanın xalq artisti Renat İbrahimov, bəstəkar, pianoçu,Litva musiqi akademiyasının professoru Arturas Ankskauskas, Vilnüs musiqi akademiyasının professoru, Litva-Avstrya cəmiyyətinin prezidenti Petras Kunka və festivalın fəxri qonağı qismində Fabio Lamborqini iştirak edəcəklər.

Müsabiqə 7 nominasiya: vokal, instrumental, rəqs, teatr, folklor, təsviri incəsənət, moda və dizayn üzrə keçiriləcək.

Festivalda qalib gələn iştirakçılar I, II, III dərəcəli diplomlarla təltif oluncaqlar, onlara xüsusi hədiyyələr və Təşəkkürnamələr veriləcək.

Vokalçılar arasında Qran-pri mükafatına layiq görüləcək iştirakçıya qalib üçün Rusiyanın xalq artisti Viktor Pelenyaqre tərəfindən xüsusi bəstələnmiş mahnı hədiyyə olunacaq.

Qeyd edək ki, ilk dəfə 2016-cı ildə keçirilən “Testene Art” I Beynəlxalq festival-müsabiqədə müxtəlif ölkələrdən xeyli sayda iştirakçılar Azərbaycanın musiqi mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmuş və təcrübə mübadiləsi aparılmışdır. Azərbaycandan olan gənc ifaçıların çıxışları münsiflər heyətinin marağına səbəb olmuşdur. Balaban ifaçısı Ramin Pələngov “Qran-Pri” mükafatına layiq görülərək İtaliyada keçirilən müsabiqəyə vəsiqə qazanmış və orada uğurla iştirak edərək I dərəcəli diplomla vətənimizə qayıtmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti