...

Türkiyənin tanınmış iş adamı, yazar, ixtiraçı Ataman Özbay Bakıya gəlir

Mədəniyyət Materials 28 Aprel 2018 00:13 (UTC +04:00)
Türkiyənin tanınmış iş adamı ixtiraçı, yazar Ataman Özbayın ölkəmizdə “Hayat, Mutluluk, Başarı” adlı seminarı baş tutacaq.
Türkiyənin tanınmış iş adamı, yazar, ixtiraçı Ataman Özbay Bakıya gəlir

Bakı. Trend:

“ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı, İstanbul Şehir Üniversitetinin maliyyə dəstəyi, Edex və lB Clubun təşkilatçılığı ilə may ayının 9-da Türkiyənin tanınmış iş adamı ixtiraçı, yazar Ataman Özbayın ölkəmizdə “Hayat, Mutluluk, Başarı” adlı seminarı baş tutacaq.

Trend-in məlumatına görə, iş adamı öz uğur hekayəsini iştirakçılarla bölüşəcək.

Qeyd edək ki, Ataman Özbay Türkiyədə ilk sulu salfetin və onun istehsalını həyata keçirən aparatın yaradıcısıdır. Bundan sonra Özbay dünyada ilk dəfə mentollu sulu salfet, rəngli asiton, göz təmizləmə bandı, saç yuma bonesi kimi bir çox məhsulun ixtiaçısı kimi tanınır.

Tanınmış iş adamı Şelale, Premax, Lemonni, Uni Wipes, Uni Med, Uni Baby, Mentholix, Wogi, Woc, Comfort, Uni Care kimi şirkət və markaların yaradıcısıdır.

Özbay həmçinin "7 yaşımda bindiğim kamyonun frenleri patladı hayata yuvarlandım”, "Aşk bu -başarı ve mutluluğun sirri- değerlerle yönetmek" kimi kitabların da müəllifidir.

Telefonlar: (012) 444 7 444 (26 39) (050) 729 95 39

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti