...

Peru musiqiçiləri ilə Azərbaycan muğam ifaçılarının birgə konserti olacaq

Mədəniyyət Materials 30 Aprel 2018 19:53 (UTC +04:00)
Mayın 4-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Perudan gəlmiş musiqiçilər Azərbaycan muğam ifaçıları ilə birlikdə çıxış edəcəklər.
Peru musiqiçiləri ilə Azərbaycan muğam ifaçılarının birgə konserti olacaq

Bakı. Trend:

Mayın 4-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Perudan gəlmiş musiqiçilər Azərbaycan muğam ifaçıları ilə birlikdə çıxış edəcəklər.

Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində keçirilir.

"Charango meets Mugam" adlı konsertdə Perudan gəlmiş iki ifaçı - Karl Struyf və Aleksandro Riva Azərbaycanın əməkdar artistləri Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), eləcə də istedadlı xanəndə Nisbət Sədrayeva ilə birlikdə çıxış edəcəklər.

Çaranqo qədim simli musiqi alətidir və Latın Amerikası musiqisini müşayiət etmək üçün istifadə edilir. Əsasən kişi ifaçıların istifadə etdiyi Çaranqo xarici görünüşünə görə gitaraya bənzəyir, 10 simi var, iki oktavaya qədər diapazonu olan alət geniş musiqi repertuarını müşayiət etmək imkanına malikdir.

Konsert saat 20:00-da başlayır.

Qeyd edək ki, mayın 6-da baş tutacaq "Rembetiko meets Mugam" adlanan konsertdə isə adı çəkilən Azərbaycan musiqiçiləri Yunanıstandan gəlmiş etnik ifaçılar ilə birlikdə çıxış edəcəklər.

Biletlər şəhərimizin kassalarında, “Asan Xidmət” mərkəzlərinin kassalarında və iticket.az saytında satılır.

İndiyə qədər Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində Rumıniyadan, Moldovadan, Türkiyədən, Yunanıstandan, Mərakeşdən və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurla keçib.

Muğam Mərkəzi "Sound Waves" adlı daha bir uğurlu konsert - layihəyə imza atıb ki, bu layihə əsasında da İtaliyadan, İspaniyadan, Yunanıstandan, Portuqaliyadan və digər ölkələrdən gəlmiş etnik musiqiçilər səhnədə Azərbaycan muğam ifaçıları ilə birlikdə müxtəlif xalqların etnik musiqi nümunələrindən ibarət musiqi kompozisiyası yaradaraq gözəl səhnə ifaları təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti