...

"7 gözəl" sərgi, şou və moda gecəsi keçiriləcək

Mədəniyyət Materials 16 May 2018 20:51 (UTC +04:00)
"Pi Group Production" iyunun 9-da "Elite Events Hall"da möhtəşəm mükafatlandırma, sərgi, şou və moda gecəsinə hazırlaşır.
"7 gözəl" sərgi, şou və moda gecəsi keçiriləcək

Bakı. Trend:

"Pi Group Production" iyunun 9-da "Elite Events Hall"da möhtəşəm mükafatlandırma, sərgi, şou və moda gecəsinə hazırlaşır.

Trend-in məlumatına görə, “Elite Events Hall”da keçiriləcək "7 gözəl" adlı "Beauty Fashion Show"da 2018-ci ildə dəbdə olacaq gəlinlik və ziyafət geyimlərinin, makiyaj və saç düzümlərinin nümayişi, retro və lüks avtomobillərin şousu, rəqs qruplarının və müğənnilərin çıxışı, məhşurların mükafatlandırılması baş tutacaq. Gecənin aparıcısı Zümrüd Qasımovadır. Gecədə sizi sevilən müğənnilərimiz Murad Arif, Samira Allahverdiyeva, Ayaz Babayev, Sura İskəndərli Pərvanə, Aysun İsmayılovanın ifaları, Azəri atəşi və Nero rəqs qruplarının çıxışı, rəqqasə Aygünün alovlarla ecazkar rəqsi gözləyir.

Tədbirin sonunda tanınmışların uşaqları podiuma çıxacaqlar.

Layihənin direktoru İsmayıl Qasımov, ideya müəllifi Pərvanə Məmmədovadır.

Qeyd edək ki, biletlər artıq satışdadır. Biletləri əldə etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.

+994504507097
+994559792597

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti