...

Xalq artisti Hacıağa Abbasovun 130 illik yubileyi keçirilib (FOTO)

Mədəniyyət Materials 13 İyun 2018 20:06 (UTC +04:00)
Hacıağa Abbasovun 130 illik yubiley tədbiri keçirilib.
Xalq artisti Hacıağa Abbasovun 130 illik yubileyi keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli səhnə ustası, aktyor, dramaturq, xalq artisti Hacıağa Abbasovun 130 illik yubiley tədbiri keçirilib.

Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin aparıcı məsləhətçisi Vüsal Həsənov, Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasov, xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, əməkdar artist Əli Nur, H.Abbasovun nəvəsi Elşanə Kərimbəyova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdə ilk çıxış H.Abbasov Mədəniyyət Mərkəzinin "İstedad" xalq çalğı alətləri ansamblının üzvü Mircəlal Babayevin ifası olub. Daha sonra görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən video çarxlar nümayiş olunub.

Çıxışçılar Hacıağa Abbasovun həyat və yaradıcılığından danışıblar, onunla bağlı xatirələrini bölüşüblər. Bildiriib ki, Hacıağa Abbasov Azərbaycan səhnəsinin bəzəyi olan bir-birindən gözəl obrazlar qalereyası yaradıb. Onun “Hacı Qara”da Hacı Qara, “Yağışdan çıxdıq, yağmura düşdük”də Hacı Qəmbər, “Nadir şah”da Mirzə Mehdi xan,”Dəmirçi Gavə”də Qubad və digər rolları dövrün tamaşaçılarının qəlbində dərin iz buraxıb.

Dahi aktyorun adını daşıyan Mədəniyyət Mərkəzinin "İnəsənət" rəqs ansamblı öz çıxışları ilə tədbirə yekun vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti