...

“Как по Маслу” Azərbaycanı beynəlxalq teleməkandatəmsil edən ilk komanda oldu (FOTO)

Mədəniyyət Materials 5 Fevral 2019 23:56 (UTC +04:00)
24 yanvar - 4 fevral tarixlərində Ukraynanın Odessa şəhərində Ukraynanın Beşinci “Лiга Смiху 2019” yumor çempionatı keçirilib.
“Как по Маслу” Azərbaycanı beynəlxalq teleməkandatəmsil edən ilk komanda oldu (FOTO)

Bakı. Trend:

24 yanvar - 4 fevral tarixlərində Ukraynanın Odessa şəhərində Ukraynanın Beşinci “Лiга Смiху 2019” yumor çempionatı keçirilib.

Azərbaycan ilk dəfədir ki bu festivalda “Как по Маслу” komandası ilə təmsil olundu.

Komandadan Trend-ə verilən məlumata görə, yubiley festivalda Bakının komandası birinci turdan ikinciyə, daha sonra Qala konsertə və sonda 2 fevral Azərbaycanın Gənclər Günündə Qala konsertdən mövsüm oyunlarına vəsiqə qazandı.

Odessada toplanan 213 komanda arasınnan 14 komanda Mövsüm oyunlarına vəsiqə qazandı. Komandanın çıxışından dərhal sonra iki ulduz-məşqçi Qarik Birça və Olqa Polyakova ayağa qalxaraq komandaya nəsihətçi olmağ arzularını bildirdilər. Ulduz-məşqçi,nəsihətçi olaraq komandamız Ukraynanın pop-divası Olqa Polyakovanı seçdi. Qeyd etmək istərdik ki «Как по Маслу» komandası 2019-cu ildə Azərbaycanı Beynəlxalq teleməkanda təmsil edən yeganə komanda oldu.

Bakının “Как по Маслу” komandası “Azərsun Holdinq” Şirkətlər Qrupunun rəhbərliyinə yaratdığı dəstəyə görə dərin minnətdarlığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti