...

Xalq rəssamı Əzim Əzimzadənin xatirə muzeyinin açılışı keçiriləcək

Mədəniyyət Materials 27 Aprel 2019 23:37 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 29-da saat 12:00-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin (1880-1943) Bakı şəhərindəki xatirə muzeyinin (Dilarə Əliyeva küçəsi 157) təmirdən sonra açılışı keçiriləcək.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin köməkliyi ilə muzey binası yenidən qurulub, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə eksponatların bərpası həyata keçirilib və ekspozisiyaya yeni bədii tərtibat verilib.

Qeyd edək ki, fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. Mədəniyyət ocağı 1968-ci ildə qapılarını ziyarətçilərə açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti