...

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi xeyriyyə tədbiri keçirib (FOTO)

Mədəniyyət Materials 4 İyun 2019 00:01 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı, Azər Türk Bankın dəstəyi ilə Xaqani bağında (Malakan bağı) 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar xeyriyyə tədbiri keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi xeyriyyə tədbiri keçirib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı, Azər Türk Bankın dəstəyi ilə Xaqani bağında (Malakan bağı) 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar xeyriyyə tədbiri keçirilib.

Trend-in məlumatına görə, Buzovna qəsəbəsində yerləşən 8 nömrəli Sanatoriya tipli internat məktəbinin kiçik sakinləri üçün əyləncəli proqram və konsert təqdim olunub.

Konsertdə əməkdar artist Səlim Abbasovun, müğənnilər Əsrar Hüseynlinin və Selcan Yaqubzadənin, “Köhnə Bakı” rəqs ansamblının ifaları uşaqlarda xoş ovqat yaradıb. Həmçinin maraqlı şou-proqramlar, nağıl qəhrəmanları və klounlar balaca qonaqları əyləndirib.

Qeyd edək ki, bu səpkili tədbirlərin təşkil olunmasında əsas məqsəd cəmiyyətdə kimsəsiz, qayğıya ehtiyacı olan uşaqlara diqqətin artırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.

Xəbər lenti

Xəbər lenti