VII Muğam Televiziya Müsabiqəsi başa çatıb (FOTO)

VII Muğam Televiziya Müsabiqəsi başa çatıb (FOTO)

Bakı. Trend:

Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatıb.

Trend-in məlumatına görə, iyunun 15-də Heydər Əliyev Mərkəzində keçirilən final gecəsi 7 gənc iddiaçının dolğun ifası ilə yadda qalıb.

Bildirilib ki, gözəl mədəniyyət hadisəsi kimi yadda qalan Muğam Televiziya Müsabiqəsinin finalı ölkəmizin salnaməsinə qızıl həriflərlə yazılmış ictimai-siyasi hadisəni - Milli Qurtuluş Gününü bayram etdiyimiz tarixi məqama təsadüf edir.

Vurğulanıb ki, xalqımızın həmişə fəxr etdiyi, orijinal forma və məzmunu ilə seçilən muğam sənəti qərinələrdən keçərək müasir dövrümüzə çatıb. Mədəniyyətimizin nəinki Şərq aləmində, Avropada, bütün dünyada tanıdılmasına səbəb olub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi ilə milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan xalq sənət nümunələri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bu nümunələrdən biri də muğamdır. Heydər Əliyev Fondunun muğam sənəti ilə bağlı həyata keçirdiyi layihələr sırasında Muğam Televiziya Müsabiqəsi xüsusi yer tutur. 2005-ci ildən bu günə kimi ardıcıl olaraq iki ildən bir keçirilən müsabiqə muğam irsinin qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə, gənc istedadların aşkar edilməsinə xidmət edir. Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən müsabiqə əsl muğam marafonuna çevrilib.

Qeyd edilib ki, VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib. Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və “Mədəniyyət” kanallarında canlı olaraq yayımlanıb.

VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində 7 xanəndə - Vəliş Mirzəyev, Faiq Əkbərov, Rəvan Qaçayev, Zülfiyyə Cəbrayılzadə, Murad Rüstəmzadə, İlahə Rüstəmova və Xəyal Hüseynov ifalarını təqdim ediblər. Gecədə İmadəddin Nəsiminin qəzəlləri üstə muğam şöbələri və təsniflər səslənib.

Sonra münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar.

Əvvəlcə müsabiqənin diplomantları təltif olunublar. İki gənc ifaçıya- Suma Tapdıqovaya və İran İslam Respublikasının təmsilçisi Hüseyn Səbaya müsabiqənin xüsusi mükafatı təqdim edilib.

Gənc xanəndələr İlahə Rüstəmova və Xəyal Hüseynov müsabiqədə birinci yeri qazanıb. Birinci yerlərin sahiblərinə milli geyim dəsti təqdim olunub.

İkinci yeri Murad Rüstəmzadə və Zülfiyyə Cəbrayılzadə, üçüncü yeri isə Vəliş Mirzəyev, Rəvan Qaçayev və Faiq Əkbərov tutublar.

Qaliblərə mükafatları münsiflər heyətinin üzvləri təqdim ediblər.

Qaliblərin mükafatlandırılmasından sonra çıxış edən müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi muğam sənətinin inkişafına verdiyi yüksək dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya münsiflər heyəti adından dərin təşəkkürünü bildirib.

Daha sonra qalib xanəndələr “Qarabağ şikəstəsi”ni ifa ediblər.

Azərbaycan nümayəndəsi növbəti dövr üzrə ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu 
Şurasının sədr müavini seçilib
Azərbaycan nümayəndəsi növbəti dövr üzrə ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının sədr müavini seçilib
"Kaspersky" zərərsiz proqramların yayılmasının qeyri-adi sxemini aşkarlayıb - Aktiv olmayan domenlər vasitəsilə
"Kaspersky" zərərsiz proqramların yayılmasının qeyri-adi sxemini aşkarlayıb - Aktiv olmayan domenlər vasitəsilə
“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin etdi (FOTO)
“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin etdi (FOTO)
Loading Bars
Xəbər lenti
Gəncədə selin fəsadları aradan qaldırılır (FOTO)
Elmar Məmmədyarov Serqey Lavrov telefon danışığı aparıb
Bu il 3 milyon nəfərə 3,059 milyard sosial ödəniş edilib
Rabitəbank müştəri və əməkdaşların sağlamlığını ən son texnologiya ilə qoruyur (FOTO)
Sabunçuda kiçik toy məclisi keçirənlər cərimələniblər (FOTO/VİDEO)
Vaqif Dərgahlı: Cəbhə bölgəsindəki vəziyyətlə bağlı sosial şəbəkələrdə əsassız məlumat yayılır
Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədində növbəti eskalasiyanın yolverilməz olduğunu hesab edirik
Milli Məclisin Elm və təhsil komitəsində müzakirələr aparılıb
Vaqif Dərgahlı: Heç bir ərazi itkimiz olmayıb, mövqelərimiz əvvəlki qaydada dayanır
Cəzasız qalan Ermənistan bundan ruhlanaraq yeni-yeni hərbi cinayətlər törətməkdədir - Aydın Səfixanlı
Biznes və marketinq rəhbərləri üçün qlobal şirkətlərdən pulsuz təlim - Qeydiyyat üçün son gün
Azərbaycan diasporu beynəlxalq təşkilatlara etiraz bəyanatı ünvanlayıb
Könüllü olaraq döyüşə getmək üçün çoxsaylı müraciətlər olub - RƏSMİ
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatdır
Maştağada həyətində narkotik yetişdirən şəxs saxlanılıb (FOTO/VİDEO)
İranda daha 203 nəfər koronavirusdan ölüb
Erkan Özoral: Azərbaycan FETO ilə mübarizədə Türkiyəyə dəstəyini davam etdirir
YAP erməni təxribatı ilə əlaqədar bəyanat yayıb
Türkiyə XİN rəhbəri: Ermənistan ağlını başına toplasın
Azərbaycan Prezidenti: Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq
Prezident İlham Əliyev: Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, biz adekvat cavab verəcəyik və veririk
Prezident İlham Əliyev: Hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir
Azərbaycan Prezidenti: Təcavüzkar siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir
Prezident İlham Əliyev: Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib
Sabah yağış yağacaq, külək əsəcək
Nazirlik: Hazırda Azərbacanda 300 mindən artıq vətəndaş ünvanlı sosial yardım alır
Fəxrəddin Altun: 15 iyul müqavimətimiz dünyada görülməmiş bir qələbə dastanıdır
Sel Qobustanda 12 evə ziyan vurub, avtomobil yolunu su yuyub
Elmar Məmmədyarovun rusiyalı həmsədr və ATƏT nümayəndəsi ilə telefon söhbəti olub (FOTO)
“Azpetrol”un 4 məntəqəsində STQ-nin satışına başlanılıb
Rauf Əliyev: Ermənistan sərhəddə təxribat törətməklə diqqəti ölkədaxili problemlərdən yayındırmağa çalışır
Mingəçevirdə karantini pozan bərbərxana sahibi və müştəriləri cərimələnib (VİDEO)
Əli Əhmədov: Azərbaycan Ordusu erməni quldurlarının Tovuz istiqamətində təxribatlarının qarşısını qəhrəmancasına aldı
FHN Gəncədə yanacaqdoldurma məntəqəsindəki partlayışla bağlı məlumat yaydı
İş icazəsi ilə Lerikə istirahətə gələnlər cərimələndi (FOTO)
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)
Qida təhlükəsizliyinin təmin edilməsi barədə Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi aparılıb
Ağstafada həyətyanı sahədə top mərmisi tapılıb (FOTO)
İlin sonunadək şəhid ailələrinə və əilliyi olan şəxslərə 1200 mənzil veriləcək - Nazirlik
Prokurorluq Gədəbəydəki qətllə bağlı məlumat yayıb
Samuxda avtomobil yolu yenidən qurulur (FOTO)
ABŞ-dakı diasporumuzun pandemiya dövründəki fəaliyyəti müzakirə edilib
Bərpa olunan enerji sahəsinin inkişafı birinci yarımildə prioritet olub
İran Xarici İşlər Nazirliyi azərbaycanlı hərbçilərin ölümünə görə təəssüfünü ifadə edib
Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı
Ucarda atasını qətlə yetirən oğul tutuldu
Qubada karantini pozan koronavirus xəstəsi aşkarlanıb
Afət Həsənova: BMT-nin 31-ci xüsusi sessiyasının məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi tarixi hadisədir
Ermənistanda koronavirusa yoluxanların sayı 32 mini keçib
PAŞA Bank nüfuzlu mükafata layiq görülüb
Həmsədrlər işğalçının arxayınlaşaraq daha böyük təhlükəyə çevrilməsinə zəmin yaradırlar - Tamam Cəfərova
Azərbaycanda cinayət prosesinin videokonfrans şəklində aparılması mümkün olacaq
Ağstafadan olan şəhid Vüqar Sadıqovun dəfn mərasimi keçirilir
Kürdəmirdə 35 yaşlı kişi qətlə yetirildi
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Naqif Həmzəyev: Azərbaycan əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək
Azərbaycan dövləti veteranlara daim yüksək diqqət və qayğı göstərir
Elçin Əhmədov: Ermənistan sərhəddə təcavüz aktı törətməklə ictimai fikri ölkədaxili problemlərdən yayındırmağa çalışır
XİN-in həbs edilən sabiq idarə rəisi məhkəməyə şikayət etdi
İsmayıllıdan olan şəhid Xəyyam Daşdəmirov dəfn edildi (FOTO)
Bakıda narkotik alverçisi yataqxananı qarət etdi
Bakıda şirkətin anbarı qarət olundu
Gürcüstanda koronavirusa yoluxanların sayı 995-ə çatıb
Bakıda 6 yaşlı oğlanı küçədə it dişlədi
Misir mətbuatında Azərbaycanın səfirliyinin Ermənistanın təxribatı ilə bağlı bəyanatı yayılıb
Həmkəndlisini ov tüfəngi ilə vuran Bərdə sakini saxlanılıb
Əsgərlikdən qayıdan oğluna yığıncaq keçirən atalar və qonaqları cərimələnib (FOTO)
Yaranmış gərginliyə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir - Politoloq
6 ayda Energetika Nazirliyinə inzibati xətalarla bağlı 272 iş daxil olub
Suraxanıda yanğın olub, 1 nəfər xəsarət alıb
Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar Ermənistanın dünya birliyinə və beynəlxalq hüquqa tam sayqısız yanaşdığını bir daha göstərdi - Aydın Quliyev
Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya yola düşüb
İnsanlarda koronavirus xəstəliyi ilə bağlı qorxu yaratmaq lazım deyil, əksinə daha çox maarifləndirmə aparmaq lazımdır - Yazgül Abdiyeva
İyulun 12-də xarici valyutaların manata qarşı məzənnələri
Ermənistan sutka ərzində artilleriya qurğularından istifadə etməklə atəşkəsi 70 dəfə pozub
Azərbaycan Ordusu düşmənin dayaq məntəqəsinə zərbə endirib, düşmənin canlı qüvvəsi məhv edilib (VİDEO)
Kəmaləddin Qafarov: Azərbaycanın geopolitik müstəvidə uğurları Ermənistanı siyasi iflasa aparır
Ombudsman Aparatı Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı açıqlama yayıb
Yaponiyada daşqın və torpaq sürüşməsi qurbanlarının sayı 72 nəfərə çatdı
Argentinada koronavirusa yoluxanların sayı 100 mini keçib
Malidə iğtişaşlar zamanı ən az 11 nəfəri həlak olub
Cənubi Afrikada koronavirus səbəbindən alkoqol satışına qadağa qoyuldu
Kaliforniyada hərbi gəmidə yanğın bir neçə gün davam edə bilər
Futbol üzrə İtaliya çempionatında "Milan" ilə "Napoli" heç heçə oynadılar
MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır
Finlandiya 20 Avropa ölkəsi sərhədlərini açır
Türkiyə XİN: Erməni təcavüzü cavabsız qalmayacaq
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub
Venesuelada 5,2 bal gücündə zəlzələ baş verib
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib
Ermənistan hakimiyyəti erməni cəmiyyətində onlara qarşı vəziyyət gərginləşdiyi dövrdə "Qarabağ kartı"ndan istifadə edir - Hərbi ekspert
Tovuz sakinləri şəhidi alqışlarla qarşılayıb (VİDEO)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 230 mindən çox artıb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizi Moskvadan vətənə çatdırıb (FOTO)
Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alınarkən şəhid olan hərbi qulluqçularımızın adlarını açıqladı
Türkiyədə koronavirusdan sağalanların sayı 194 min nəfəri ötüb
Elman Nəsirov: Birləşmiş millətlər təşkilatı Azərbaycanı regional lider və qlobal təşəbbüslər dövləti hesab edir
Tovuzda sakinlər ordumuza dəstək nümayiş etdirib (FOTO)
Cəlil Xəlilov: Azərbaycan ordusu bu gün bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir
Bütün xəbərlər