...

Tunisdə İSESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin 11-ci Konfransı keçirilib (FOTO)

Mədəniyyət Materials 17 Dekabr 2019 20:15 (UTC +04:00)
Tunis şəhərində İSESKO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 11-ci Konfransı keçirilib.
Tunisdə İSESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin 11-ci Konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Tunis şəhərində İSESKO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 11-ci Konfransı keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, konfrans “Tunis İslam Mədəniyyətinin Paytaxtı – 2019” mədəniyyət ili çərçivəsində təşkil olunub.

Konfransa Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti qatılıb. Nümayəndə heyətinə nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova və İSESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının koordinatoru Ələkbər Xıdırov daxildir.

“İslam dünyasında mövcud mədəniyyət siyasətlərinin inkişafı uğrunda” devizi altında gerçəkləşən tədbirin gündəliyinə əvvəlki konfranslarda qəbul edilmiş qərarların icra vəziyyətinin müzakirəsi, İslam Dünyası İrs Komitəsinin hesabatının təqdimatı, rəqəmsal mədəniyyət haqqında sənəd layihəsinə, mədəniyyət layihələrinin maliyyələşdirilməsi mənbələri haqqında təkliflərə baxılması və s. məsələlər daxildir.

Konfransın açılış mərasimində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevə “Naxçıvan – İslam Mədəniyyətinin Paytaxtı – 2018” ili çərçivəsində mədəniyyətin təbliği və mədəni layihələrdə yaradıcılıq və innovasiyanın təşviqinə görə “Ən yaxşı mədəni layihə üzrə İSESCO Mükafatı” təqdim olunub.

Tədbirdə çıxış edən Vaqif Əliyev təşkilatçılara öz təşəkkürünü bildirib və konfransın mövzusuna uyğun olaraq İslam dünyasında mədəniyyət siyasətinin inkişafı üçün Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və layihələr haqqında məlumat verib.

Konfrans iştirakçıları “Tunis – İslam Mədəniyyət Paytaxtı –2019” ilinin təntənəli bağlanış mərasiminə qatılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti