...

Azərbaycan teleməkanının tanınmış simaları Beşinci Buktreyler Festivalına dəstək oldular (VİDEO)

Mədəniyyət Materials 6 Mart 2020 19:09 (UTC +04:00)
Kitabı tanıdın, kitabla tanının!
Azərbaycan teleməkanının tanınmış simaları Beşinci Buktreyler Festivalına dəstək oldular (VİDEO)

Bakı. Trend:

Kitabı tanıdın, kitabla tanının!

Kinoaktyor Ruslan Sabirlinin təsis etdiyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi və ölkənin lider mobil operatoru olan Azercell şirkətinin əsas tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının sloqanlı Buktreyler Festivalına Azərbaycanın efir məkanının tanınmış simaları dəstək oldular.

Azərbaycan efir məkanının tanınmış simaları – Eldar Qasımov (Eurovision 2011 qalibi, teleaparıcı), Vüsalə Məmmədova (jurnalist və teleaparıcı), İlahə Şıxlinskaya (tele-radio aparıcı), Afaq Gəncəli (teleaparıcı), Azər Aydəmir (aktyor və teleaparıcı), Turanə Hüseynli (teleaparıcı və influencer), Jalə Həsənli (teleaparıcı), Azər Süleymanlı (teleaparıcı), Səma Abıyeva (teleaparıcı, jurnalist və Youtube bloqqer), Şəfa Əfəndiyeva (teleaparıcı), Vüsalə Səid (teleapaırıcı) V Buktreyler Festivalının promo çarxında çəkilərək hər kəsi V Buktreyler Festivalında iştirak etməyə səslədilər.

Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.

Buktreylerlərin son qeydiyyat tarixi: 1 aprel, 2020

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:

Instagram: https://www.instagram.com/BooktrailerFest

Facebook: https://www.facebook.com/BooktrailerFest

Youtube: https://www.youtube.com/BooktrailerFest

Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: [email protected]

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti