...

Vətən Müharibəsinə həsr olunan sənədli və bədii film çəkiləcək

Mədəniyyət Materials 25 Dekabr 2020 12:56 (UTC +04:00)
Vətən Müharibəsinə həsr olunan sənədli və bədii film çəkiləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Vətən Müharibəsinə həsr olunan sənədli və bədii film çəkməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.

Onun sözlərinə görə, müharibə dövrü ilə bağlı yalnız mövcud kadrlardan istifadə edilərsə, bu halda bu, sənədli film deyil, yalnız kinoxronika olar: “Amma bunu sənədli və ya bədii film formatına çevirmək üçün müəllif işi olmalıdır. Tamaşaçı filmə o zaman maraq göstərir ki, orada müəllif olsun. Bunun üçün də filmin hazırlanmasında işçilərin iştirak etməsi lazımdır. Bir filmin çəkilməsi 20 nəfərin bir yerə ezam olunması deməkdir. Bu insanların təhlükəsizliyinə cavab vermək lazımdır. Yerlər minalardan təmizləndikdən sonra sənədli film də, bədii film də çəkiləcək. Bu istiqamətdə planlar var. Bunun üçün ilkin növbədə təhlükəsizlik tədbirləri görülməlidir. İcazə verilən kimi komandamızla birlikdə bu işlərə başlayacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti