...

Azərbaycanın "Eurovision 2022" təmsilçisi İtaliyada ilk məşqini edib (FOTO/VİDEO)

Mədəniyyət Materials 2 May 2022 17:51 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2022" təmsilçisi İtaliyada ilk məşqini edib (FOTO/VİDEO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Eurovision 2022" təmsilçisi Nadir Rüstəmli İtaliyada PalaOlimpico səhnəsində ilk məşqini edib.

Trend-in məlumatına görə, Azərbaycan təmsilçisinin səhnə dekorasiyası nərdivan şəklində platformadan ibarətdir. Eyni zamanda maraqlı işıq effektləri səhnə nömrəsini daha güclü edir.

Qeyd edək ki, Azərbaycanın "Avroviziya-2022"də təmsil edəcək Nadir Rüstəmli müsabiqədə "Fade To Black" mahnısı ilə çıxış edəcək.

"Avroviziya-2022" mahnı müsabiqəsi Turində (İtaliya) keçiriləcək, yarımfinal 10 və 12 mayda, final mayın 14-də keçiriləcək. "Avroviziya-2022"nin şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi").

Nadir Rüstəmli ikinci yarımfinalın birinci hissəsində çıxış edəcək. "Avroviziya-2022" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinə bəstəkar və prodüser İsa Məlikov rəhbərlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti