...

Bülbül- 125 “Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi”nin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 13 Sentyabr 2022 14:37 (UTC +04:00)
Bülbül- 125 “Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi”nin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Şuşa ili çərçivəsində keçirilən Bülbül 125 “Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi”nə yekun vurulub.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Konservatoriya, Bülbül Fondu və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə görkəmli opera ifaçısı, SSRİ Xalq artisti Bülbülün 125 illik yubileyinə həsr olunmuş xanəndə və instrumental muğam ifaçılarının respublika müsabiqəsi sentyabrın 9-da Şuşa şəhərində baş tutan final konserti ilə başa çatıb.

Bülbülün Ev Muzeyində keçirilən mükafatlandırma mərasimində Mədəniyyət naziri Anar Kərimov, Xalq artisti Polad Bülbüloğlu, müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti Siyavuş Kərimi, dəvət olunmuş qonaqlar və tələbələr iştirak ediblər.

Konservatoriyanın Tələbə orkestri (dirijorlar: Arif Məhərrəmov, Leyla Zalıyeva) və müsabiqənin qalibləri birgə geniş konsert proqramı ilə çıxış ediblər. Proqramda əsasən Bülbülün ifasında səslənmiş əsərlər yer alıb. Qaliblərə mükafatı münsiflər heyəti təqdim edib.

Tədbirin sonunda Xalq artisi Polad Bülbüloğlu səhnəyə qalxaraq “Dilin can incidəndir” mahnısını ifa etməsi böyük coşğu ilə qarşılanıb.

Qeyd edək ki, müsabiqə ilkin seçim mərhələsi, iki əsas mərhələ və mükafatlandırma mərasimi olmaqla Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Milli Konservatoriyanın böyük zalı və Bülbülün Ev Muzeyində baş tutub.

Müsabiqəyə 40-dan çox iştirakçı qatılıb. Onlardan 10 iştirakçı müsabiqənin laureatı olub. Münsiflər heyətində Azərbaycanın görkəmli musiqiçiləri yer alıb.

Qaliblər:

Qran-Pri

Vaqif Təhməzov

I Yer

Anar Vəlizadə Baloğlan Qafarov

II Yer

Hüseyn Quliyev

III Yer

Atlas Mehdiyeva Fidan Zamanzadə

Diplom

Fərid İmranlı Hüseyn Nağıyev Sevda Cəbrayılzadə Rəşid Bəylərli

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti