...

"Gəncliyin səsi" festivalı çərçivəsində Bakı və Gəncə filarmoniyalarında konsertlər keçiriləcək

Mədəniyyət Materials 31 Yanvar 2023 20:50 (UTC +04:00)
"Gəncliyin səsi" festivalı çərçivəsində Bakı və Gəncə filarmoniyalarında konsertlər keçiriləcək

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Gəncliyin səsi” festivalı keçiriləcək. Gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının dəstəklənməsi məqsədilə təşkil olunan konsertlər Azərbaycanın müxtəlif mədəniyyət müəssisələrini əhatə edəcək.

Beləliklə, “Gəncliyin səsi” festivalı çərçivəsində bir sıra konsertlər M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində baş tutacaq.

Fevralın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edəcək. Gecədə gənc bəstəkarlar Aysel Əzizova, Tamilla Əhədova, Vüsal Namazlı, Tofiq Rzayevin əsərləri səslənəcək.

Fevralın 6-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti keçiriləcək. Solistlər Prezident təqaüdçüsü Nərminə İsmayılova (piano), Respublika və beynəlxalq müsabiqələr laureatları Cəlil Bəşirli (tar), Rübabə Əkbərova (xanəndə), Həmidə Adilova (viola), Cəmalə Abdinzadə (piano), Məhəmmədəli Paşazadə (klarnet), Nərgiz Cabbarova (xanəndə), Humay Hacızadə (viola), Nəriman Məsimov (piano), Teymur Kazımov (vokal), Vaqif Qurbanov (violonçel), Surə Rüfət (violin) öz ifalarını dinləyicilərə təqdim edəcəklər.

Fevralın 8-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə çıxış edəcək. Solistlər Prezident təqaüdçüləri Firuzə Bəylərova (piano), Zərrin Əliyeva (violin), Respublika və beynəlxalq müsabiqələr laureatları Canel Nəcəfli (violin), Kənan Məmmədzadə (violin), Ayla Həsənova (piano), Məhəmmədəli Paşazadə (klarnet), Nurlana Abdullayeva (vokal), Teymur Kazımov (vokal), Zeyn Cəfərov (violin), Zümrüd Əlizadə (piano) öz ifalarını dinləyicilərə təqdim edəcəklər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti