Bakı. Trend Life:
Qazaxıstanın tanınmış müğənnisi Cəmilə (Cəmilə Diarova) amerikalı müğənni Bruno Marsın məşhur Grenade mahnısının "cover" versiyasını təqdim edib.
Müğənninin inanılmaz dərəcədə duyğu dolu ifası, gözəl tembri və xarizması kompozisiyanın son dərəcə səmimi və cəzbedici enerji ilə dolu səslənməsinə səbəb olub.
Gənc və istedadlı müğənninin ürəkdən gələn və müxtəlif janrları ələ ala bilən gözəl səsi ilk akkordlardan dinləyiciləri fəth edəcək.
Cəmilənin ifasında Grenade mahnısı melomanlarda da dərhal rəğbət oyatdı. Dinləyicilər kompozisiyanın onun ifasında füsunkar, səmimi və gözəl səsləndiyini qeyd edir.