...

Daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinin yenilənməsinə ehtiyac var

Mədəniyyət Materials 24 Avqust 2023 09:27 (UTC +04:00)
Daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinin yenilənməsinə ehtiyac var
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Həyata keçiriləcək əsas işlərdən biri də daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinin yenilənməsidir.

Trend xəbər verir ki, bunu müsahibəsi zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.

Onun sözlərinə görə, son siyahı 2001-ci ildə təsdiq edilib.

"Həmin siyahının yenilənməsinə ciddi ehtiyac vardır. Çünki mövcud reyestrin hazırlanmasından uzun zaman keçib və o siyahıya daxil edilməyən xeyli sayda abidə var. Eyni zamanda aparılmış təhlillər nəticəsində məlum olub ki, siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarında uyğunsuzluq və çatışmazlıqlar mövcuddur. Yeni reyestrin hazırlanması həm hazırkı siyahıya daxil edilməyən abidələrin əlavə olunması, həm də faktiki siyahıda yer alan bəzi tarixi abidələrin məlumatlarının dəqiqləşdirilməsi, təkmilləşdirilməsi və yenilənməsini təmin edəcək. Onu da qeyd edək ki, Naxçıvanda yerləşən abidələrə də baxış keçirilir.Onların mövcud vəziyyəti təhlil olunur və gələcək inkişaf istiqamətləri ilə bağlı strategiyanın hazırlanması nəzərdə tutulur", - deyə S. Hacıyeva qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti